Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-723/2023 13.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ 12 LİTE” markalı mobil telefon üçün 1220 manat borc və ödənilmiş 32.20 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2023-cü tarixli 09461623 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 111.83 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “XİAOMİ 12 LİTE” markalı mobil telefonu 1341.96 manata satın almışdır. Cavabdeh tərəfindən 232 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 04 yanvar 2023-cü tarixli 09461623 nömrəli “Müqavilə” üzrə 1109.96 manat ödənilməmiş hissə və 110.04 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 yanvar 2023-cü tarixli 09461623 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 111.83 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1341.96 manat olan 1 ədəd “XİAOMİ 12 LİTE” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********37306 olan “XİAOMİ 12 LİTE 8GB/256GB Green” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ 12 LİTE ” markalı mobil telefon üçün 1109.96 manat ödənilməmiş hissə və 110.04 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 32.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ 12 LİTE” markalı mobil telefonu 1341.96 manata satın almışdır. Cavabdeh tərəfindən 232 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 04 yanvar 2023cü il tarixli 09461623 nömrəli “Müqavilə” üzrə 1109.96 manat ödənilməmiş hissə və 110.04 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli müqavilə üzrə hesablanmış 110.04 manat məbləğində cərimə azaldılaraq 0.04 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ 12 LİTE ” markalı mobil telefon üçün 1110 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32.20 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 yanvar 2023-cü il tarixli 09461623 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ 12 LİTE” markalı mobil telefon üçün 1110 manat borc və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-723/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-723/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver