Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-724/2023 13.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A13” markalı mobil telefon üçün 387 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 417 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43.99 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A13” markalı mobil telefonu 551.98 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 200.10 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli “Müqavilə” üzrə 351.88 manat ödənilməmiş hissə və 35.12 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli “Müqavilə”yə əsasən “Samsung Galaxy A13” markalı mobil telefonu satın almış, 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********93824 olan “Samsung Galaxy A13 DS (SM-A135) 64GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 oktyabr 2022-ci tarixli 11222193 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A13” markalı mobil telefon üçün 351.88 manat ödənilməmiş hissə və 35.12 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 10 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 24 oktyabr 2022-ci il tarixli 11222193 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A13” markalı mobil telefonu 551.98 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 200.10 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 24 oktyabr 2022-ci il tarixli 11222193 nömrəli müqavilə üzrə hesablanmış 35.12 manat məbləğində cərimə azaldılaraq 0.12 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 oktyabr 2022-ci il tarixli 11222193 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A13” markalı mobil telefon üçün 352 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2022-ci il tarixli 11222193 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A13” markalı mobil telefon üçün 352 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-724/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-724/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver