Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-728/2023 20.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 mart 2023-cü il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Honor” markalı mobil telefon üçün 465.60 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2023-cü il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 34 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Honor” markalı mobil telefonu 404.90 manata satın almışdır. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 607 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 60.70 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 mart 2023-cü il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2023-cü il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 34 manat ödəməklə 12 ay müddətinə cəmi 404.90 manat dəyərində 1 ədəd “Honor” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********39655 olan “Honor X6 4GB/128GB Ocean Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 04 mart 2023-cü il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 404.90 manat əsas və 607 manat cərimə borcu olmaqla cəmi 1011.90 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 mart 2023-cü il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Honor” markalı mobil telefonu 404.90 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə müqavilə üzrə cəmi 465.60 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 04 mart 2023-cü il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 60.70 manat məbləğində cərimə azaldılaraq 0.10 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 mart 2023-cü il tarixli ********* saylı “Müddətli (nisyə) alqı- satqı müqaviləsi” üzrə 405 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 mart 2023-cü il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 405 manat borc və ödənilmiş 26 manat dövlət rüsumu tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-728/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-728/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver