Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-730/2023 26.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG LED” markalı televizor üçün 23 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci tarixli 21045734 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 35.40 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG LED” markalı televizoru 637.20 manata satın almışdır. Cavabdeh tərəfindən 617.10 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 30 iyul 2020-ci tarixli 21045734 nömrəli “Müqavilə” üzrə 20.10 manat ödənilməmiş hissə və 2.90 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 30 iyul 2020-ci tarixli 21045734 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 35.40 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 637.20 manat olan 1 ədəd “SAMSUNG LED” markalı televizoru satın almış və 1 ədəd “SAMSUNG LED UE32N5300AUXRU” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG LED” markalı televizor üçün 20.10 manat ödənilməmiş hissə və 2.90 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 16 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG LED” markalı televizoru 637.20 manata satın almışdır. Cavabdeh tərəfindən 617.10 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli “Müqavilə” üzrə 20.10 manat ödənilməmiş hissə və 2.90 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG LED” markalı televizor üçün 23 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 iyul 2020-ci il tarixli 21045734 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG LED” markalı televizor üçün 23 manat borc və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-730/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-730/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver