Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-735/2024 23.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızına qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızından 16 may 2020-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 1092 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 1123 manat məbləğin alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızına 18 noyabr 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, 16 may 2020-ci il tarixdə İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızı (alıcı) ilə arasında RSK5799496 nömrəli hissə-hissə ödənişli alğı-satqı müqaviləsi bağlanmışdır. Alıcı 1650 manat dəyəri olan 1 ədəd “Beko” markalı kondisioner və 1 ədəd “Beko” markalı aspiratoru hissə-hissə ödənişlə öz öhdəsinə götürmüşdür. Alıcı 30 manat ilkin ödəniş etməklə, qalan 1620 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 90 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 840 manat əsas, 252 manat dəbbə pulu olmaqla, 1092 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5799496 nömrəli, 16 may 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş etmişdir.Cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehdən müqavilə üzrə qalıq borc olan 840 manat əsas və 252 manat dəbbə pulunun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; İşə əlavə edilmiş 16 may 2020-ci tarixli RSK5799496 nömrəli hissə-hissə ödənişli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızı arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı Cavabdeh ümumi dəyəri 1650 manat olan 1 ədəd “Beko” markalı kondisioner və 1 ədəd “Beko” markalı aspiratoru ilkin ödəniş 30 manat etməklə, 18 ay müddətinə aylıq 90 manat ödəmək şərtilə satmışdır. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə (dəbbə) ödəməlidir. 16 may 2020-ci tarixli RSK5799496 nömrəli Ödəniş qrafikinin surətindən görünür ki, İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızı hər ay 90 manat ödəməklə 18 ay müddətinə məişət avadanlığını almışdır. 26 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızı 16 may 2020-ci tarixli RSK5799496 müqavilə ürzə 1092 manat pulun 5 təqvim günü müddətində alıcıya alıcıya ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 02 noyabr 2024-cü il tarxili Maliyə arayışının surətindən görünür ki, Cavabdeh 16 may 2020-ci tarixli RSK5799496 nömrəli müqavilə üzrə 840 manat əsas, 252 manat dəbbə pulu və 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, 1123 manat məbləğində borcu vardır. 01 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızı arasında 16 may 2020-ci tarixli RSK5799496 nömrəli alqısatqı müqaviləsinə əsasən, cavabdeh “Beko” markalı kondisioner və aspiratoru iddaçıdan 1650 manata almışdır. Cavabdeh hissə-hissə ödəmək şərti ilə 18 ay müddətinə hər ay 90 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə ürzə Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, Nisyə alqı-satqı öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 16 may 2020-ci tarixli RSK5799496 nömrəli alqı-satqı müqaviləsi üzrə hesablanmış 252 manat məbləğində dəbbə pulu azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızından 16 may 2020-ci tarixli RSK5799496 nömrəli alqı-satqı müqaviləsinə əsasən 840 manat əsas borc və 60 manat dəbbə pulu, cəmi 900 manat məbləğində vəsait alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İsayeva (Quliyeva) Şəbnəm Eldəniz qızından 840 manat əsas borc, 60 manat dəbbə pulu olmaqla, cəmi 900 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-735/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-735/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver