Məhkəmə qərarları › İş №e-2(030)-753/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-753/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-753/2025 17.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caavbdeh Cavabdehн 26 aprel 2025-ci il tarixli müqavilə üzrə 4 ədəd robot tozsoran “Xiaomi X20” üçün 4869 manat ödənilməmiş hissə və 486,90 manat dəbbə borcu olmaqla, cəmi 5355,90 manat məbləğində borcun və ödənilmiş 73,56 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onun əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2025-ci il tarixli 860961 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 208,49 manat ödəməklə 24 ay müddətinə Xiaomi X20+, şurup bağlayan Bosch markalı 4 ədəd Robot Tozsoranı 5003,76 manata satın almışdır. Cavabdeh 26 aprel 2025-ci il tarixdə Şurup bağlayan BOSCH-dan imtina etmiş, 127,92 manat borcdan silinmişdir. Cavabdehin 26 aprel 2025-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 6,84 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 127,92 manat, ümumilikdə 134,76 manat təşkil etmişdir. Təhvil-təslim aktına əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Hazırda cavabdehin MMC-yə 4869 manat əsas və 486,90 manat dəbbə borcu olmaqla, cəmi 5355,90 manat borcu yaranmışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş 17 noyabr 2025-ci il tarixli xəbərdalıq məktubundan mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşəın öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 26 aprel 2025-ci il tarixli 860961 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2025-ci il tarixli 860961 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 208,49 manat ödəməklə 24 ay müddətinə 5003,76 manat məbləğində 4 ədəd Robot tozsoran Xiaomi X20+, Şurup bağlayan Bosch satın almışdır. İşə əlavə edilmiş 26 aprel 2025-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 26 aprel 2025-ci il tarixli 860961 nömrəli müqaviləyə əsasən 4 ədəd Robot tozsoran Xiaomi X20+, Şurup bağlayan Bosch Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 dekabr 2025-ci il tarixli 76456385 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 73,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı “"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2025-ci il tarixli 860961 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 208,49 manat ödəməklə 24 ay müddətinə Xiaomi X20+, şurup bağlayan Bosch markalı 4 ədəd Robot Tozsoranı 5003,76 manata satın almışdır. Cavabdeh 26 aprel 2025-ci il tarixdə Şurup bağlayan BOSCH-dan imtina etmiş, 127,92 manat borcdan silinmişdir. Cavabdehin 26 aprel 2025-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 6,84 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 127,92 manat, ümumilikdə 134,76 manat təşkil etmişdir. Təhvil-təslim aktına əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Hazırda cavabdehin MMC-yə 4869 manat əsas və 486,90 manat dəbbə borcu olmaqla, cəmi 5355,90 manat borcu yaranmışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş 17 noyabr 2025-ci il tarixli xəbərdalıq məktubundan mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşəın öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin şərtini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hesablanmış 486,90 manat məbləğində cərimə azaldılaraq 286,90 manat məbləğində, müəyyən edilməlidir. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26 aprel 2025-ci il tarixli müqavilə üzrə 4 ədəd robot tozsoran “Xiaomi X20+” üçün 4869 manat ödənilməmiş hissə və 286,90 manat dəbbə pulu olmaqla, cəmi 5155,90 manat məbləği tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 73,56 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4869 manat əsas borc və 286,90 manat cərimə olmaqla, cəmi 5155,90 (beş min bir yüz əlli beş manat doxsan qəpik) manat və ödənilmiş 71,56 (yetmiş bir manat əlli altı qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar