Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-766/2025 09.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 avqust 2024-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd “İphone 14” markalı mobil telefon, “Apple” markalı şarj aləti və paket XXL xdiməti, 22 mart 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi S20” markalı robot tozsoran, ”Tefal” markalı ütü, ”Philips” markalı çaydan və 3 illik ultra qızıl zəmanət xidməti, 29 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Oppo A3x” markalı mobil telefon,qoruyucu və paket M xidməti və 09 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei” markalı qol saatı,qoruyucu üçün 2147.33 manat borc və ödənilmiş 41.48 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 22 dekabr 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2024-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən sonuncu hər ay 120.94 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “İphone 14” markalı mobil telefon, “Apple” markalı şarj aləti və paket XXL xdimətini 2276.92 manata, 22 mart 2025-ci il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Xiaomi S20” markalı robot tozsoran, ”Tefal” markalı ütü, ”Philips” markalı çaydan və 3 illik ultra qızıl zəmanət xidmətini 792 manata, 29 dekabr 2024-cü il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 18.92 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Oppo A3x” markalı mobil telefon,qoruyucu və paket M xidmətini 358.56 manata və 09 fevral 2025-ci il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 19.91 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Huawei” markalı qol saatı,qoruyucunu 238.92 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1757.19 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 845.92 manat ödənilməmiş hissə, 84.59 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat ödənilmiş pul, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 660 ödənilməmiş hissə, 66 manat cərimə, xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 244.48 manat ödənilməmiş hissə, 24.45 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat ödənilmiş pul, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 158.81 manat ödənilməmiş hissə, 15.88 manat cərimə olmaqla, ümumilikdə 2147.33 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 08 avqust 2024-cü il tarixli ********* nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2025-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən sonuncu hər ay 2276.92 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 2276.92 manat olan 1 ədəd “İphone 14” markalı mobil telefon, “Apple” markalı şarj aləti və paket XXL xdimətini satın almış və 09 fevral 2025-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********94527 olan “İphone 14 128gb starlight” markalı mobil telefon, “Apple 20w” markalı şarj aləti və paket XXL xdiməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 22 mart 2025-ci il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22 mart 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 44 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 792 manat olan 1 ədəd “Xiaomi S20” markalı robot tozsoran, ”Tefal” markalı ütü, ”Philips” markalı çayda və 3 illik ultra qızıl zəmanət xidmətini satın almış və 22 mart 2025-ci il tarixli ********** nömrəli müqaviləyə 1 ədəd “Xiaomi S20 black” markalı robot tozsoran, ”Tefal ultimate pure” markalı ütü, ”Philips HD7301/00” markalı çaydan və 3 illik ultra qızıl zəmanət xidmətini Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 29 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 18.92 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 358.56 manat olan 1 ədəd “Oppo A3x” markalı mobil telefon,qoruyucu və paket M xidmətini satın almış və 29 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə 1 ədəd İmei Kodu **********53116 olan “Oppo A3x 4/128gb nebula red” markalı mobil telefon,qoruyucu və paket M xidməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 09 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 19.91 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 238.92 manat olan 1 ədəd “Huawei” markalı qol saatı,qoruyucunu satın almış və 09 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei watch fit 3 white” markalı qol saatı,qoruyucunu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 12 dekabr 2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun xx.xx.2024-cü il tarixli müqavilə üzrə 845.92 manat ödənilməmiş hissə, 84.59 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 660 ödənilməmiş hissə, 66 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 244.48 ödənilməmiş hissə, 24.45 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 158.81 ödənilməmiş hissə, 15.88 manat cərimə olmaqla, ümumilikdə 2147.33 manat məbləğində borcu vardır. 28 oktyabr 2025-ci il tarixli "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü, xx.xx.2025-ci, xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə Cavabdeh öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 12 dekabr 2025-ci il tarxili Arayışından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********94527 olan “İphone 14” markalı mobil telefon, İmei Kodu **********53116 olan ““Oppo A3x” markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər biri 23.60 manat olmaqla, cəmi 47.20 pul ödənilmişdir. 17 dekabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 41.48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 08 avqust 2024-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd “İphone 14” markalı mobil telefon, “Apple” markalı şarj aləti və paket XXL xdimətini 2276.92 manata, 22 mart 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi S20” markalı robot tozsoran, ”Tefal” markalı ütü, ”Philips” markalı çayda və 3 illik ultra qızıl zəmanət xidmətini 792 manata, 29 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Oppo A3x” markalı mobil telefon,qoruyucu və paket M xidmətini 358.56 manata və 09 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei” markalı qol saatı, qoruyucunu 238.92 manata satın almışdır. Cavabdehin MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə ümumilikdə 2147.33 manat borcu vardır. Cavabdeh tərəfindən 1757.19 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə ümumilikdə 2147.33 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41.48 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 2147.33 manat pul vəsaiti və ödənilmiş 41.48 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-766/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-766/2025
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver