Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-90/2025 10.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı 8750 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 8750 manat məbləğində pul vəsaitinin və ödənilmiş 108 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 dekabr 2021-ci il tarixdə saat 17:15 radələrində Gəncə şəhəri Eminbəyli küçəsində Cavabdeh məxsus, X9 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X10, X7 və X11 müxtəlif dərəcəli xəsarətlər almışlar, digər piyada X5 isə aldığı xəsarətlərdən vəfat etmişdir. Həmçinin, hadisə zamanı sürücülük hüququ olmayan və yetkinlik yaşına çatmayan X9 hadisdə yerində aldığı xəsarətlərdən vəfat etmişdir. Baş vermiş hadisə ilə bağlı piyada X10, X7 ağır və ağır dərəcədə xəsarət aldığından hər birinə 1500 manat, X11 yüngül dərəcəli xəsarət aldığından 750 manat sığorta ödənişinin ödənilməsi müəyyənləşdirilmişdir. X5 isə aldığı xəsarətlərdən öldüyündən, şəxsin ölümü ilə bağlı 5000 manat sığorta ödənişinin ölən şəxsin vərəsələrinə verilmişdir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA130944/23, PXA130946/23, PXA150887 və PXA130945/23 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 8750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum Numan Əlizadə onun doğma oğlu olmuşdur. Oğlu Numan 11 iyul 2005-ci ildə Daşkəsən rayonu Mollahəsənli kəndində doğulmşdur. 2021-ci ildə oğlu Numan Gəncə şəhəri 6 saylı məktəbin 11-ci sinfində oxumuşdur. 05 dekabr 2021-ci il tarixdə Numan Əlizadə ona məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ondan xəbərsiz olaraq evdən götürərək. avtomobili işlək vəziyyətə gətirmiş, onun icazəsi olmadan idarə etmiş və Gəncə şəhəri Eminbəyli küçəsi ilə Təbriz küçəsi istiqamətdə hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı adını sonradan bildiyi Nazlı İbrahimova aldığı xəsarətlərdən vəfat etmiş, Cavid Kazımov, İlkin Bayramov və Elcan Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. X21 isə hadisə yerində vəfat etmişdir. Avtomobili onun icazəsi olmadan idarə etmiş faktı cinayət işi üzrə icraata xitam verilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərarında da öz təsdiqini tapmışdır. Onun övladı avtomobili ondan xəbərsiz qaçırdığı üçün zərər üzrə səbəbkar hesab edilə bilməz. Sığorta şirkətinin ondan ödəniş tələb etməsi qanunun tələblərinə zidd olduğu üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbininə dair yazılı etirazını da məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İşə əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 12 ay müddətinə sığortalanmışdır. Müqaviləyə əsasən sığorta məbləği əmlaka vurulan zərər görə 5000 manat, bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 05 dekabr 2021-ci il tarixdə Gəncə şəhər Eminbəyli küçəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs sürücü X9, avtomaşının sahibi Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmuşdur. İşə əlavə edilmiş yol-nəqliyyat hadisənin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, X7 az ağır xəsarət, X12 yüngül xəsarət almış, X2 isə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05 dekabr 2021-ci ildə bədbəxt hadisə, dəqiqləşdirilməmiş fəaliyyət zamanı, travmatik subaraxnoidal qansızma nəticəsində Gəncə şəhəri Nizami rayonunda ölmüşdür. Bu barədə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2021-ci il tarixdə 823 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli RXA130944 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X3 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X7 az ağır dərəcədə xəsarət almışdır. Sığorta ödənişi 1500 manat məbləğində müəyyənləşdirilmişdir. İşə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli RXA130945 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X3 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X11 yüngül dərəcədə xəsarət almışdır. Sığorta ödənişi 750 manat məbləğində müəyyənləşdirilmişdir. İşə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli RXA130946 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X3 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X2 vəfat etmişdir. Sığorta ödənişi 5000 manat məbləğində müəyyənləşdirilmişdir. İşə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli RXA150887 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 avqust 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X3 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X10 ağır dərəcədə xəsarət almışdır. Sığorta ödənişi 1500 manat məbləğində müəyyənləşdirilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi, polis kapitanı X4 cinayət işi üzrə şəxsin əməlinin tövsif edilməsi və icraatına xitam verilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 185.2.4 və 263- 1.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X9 özü də almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərində öldüyü üçün onun barəsində Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263-1.3-cü maddələri ilə olan cinayət işinin icraatına Azırbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsi ilə xitam verilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə əsasən, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə gör,ə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 1 nömrəli Bülletenində dərc edilmiş olan mülki işlər üzrə məhkəmə təcrübəsinə dair qərarında göstərilir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, 11 iyul 2005-ci il tarixdə doğulmuş X9 atası Cavabdeh məxsus olan “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının icazəsi və məlumatı olmadan idarə etmiş və 05 dekabr 2021-ci il tarixdə Gəncə şəhərində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X10, X7 və X11 müxtəlif dərəcəli bədən xəsarətlər almış, digər piyada X5 isə aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisə zamanı X9 da aldığı xəsarətlərdən vəfat etmişdir. Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. "xxxx" ASC tərəfindən X7 və X6 hər birinə 1500 manat, X8 750 manat, X1 qanuni nümayəndəsinə isə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqinin cinayət işi üzrə şəxsin əməlinin tövsif edilməsi və icraatına xitam verilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan, 11 iyul 2005-ci il təvəllüdlü X9 atası Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili icazəsiz, talama məqsədi olmadan qanunsuz ələ keçirərək 05 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Eminbəyli küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 185.2.4 və 263-1.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X9 özü də almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərində öldüyü üçün onun barəsində Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263-1.3-cü maddələri ilə olan cinayət işinin icraatına Azırbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsi ilə xitam verilmişdir. Göründüyü kimi 11 iyul 2005-ci il tarixdə doğulmuş X9 atası Cavabdeh məxsus olan “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının icazəsi və məlumatı olmadan idarə etmiş olması sübutlarla təsdiqini tapmışdır. Bununla da minik avtomobilinin hüquqa zidd hərəkətlər nəticəsində cavabdehin sahibliyindən çıxdığını sübuta yetir. Belə olan halda cavabdeh təqsirsiz sayılır və o, yüksək təhlükə mənbəyinin sahibi kimi və yaxud zərər vurmuş şəxsin valideyni kimi zərər üçün məsuliyyət daşımır. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-90/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-90/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver