Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-94/2025 22.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 mart 2024-cü il tarixli 09483268 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonka, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilənilmiş rüsum üçün 538 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 10 dekabr 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2024-cü tarixli 09483268 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 30.78 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonka üçün 554.04 manata satın almışdır. Cavabdeh tərəfindən 158.44 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 05 mart 2024-cü tarixli 09483268 nömrəli “Müqavilə” üzrə 395.60 manat ödənilməmiş hissə, 118.68 manat cərimə borcu və RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilənilmiş 24 manat məbləğində rüsum olmaqla, cəmi 538 manat yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 05 mart 2024-cü tarixli 09483268 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2024-cü il tarixli 09483268 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 30.78 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 554.04 manat olan 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonkanı satın almış və 1 ədəd İmei Kodu **********4157 olan “Oppo A38 4/128GB Black” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonka Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 29 noyabr 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 mart 2024-cü il tarixli 09483268 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonka üçün 395.60 manat ödənilməmiş hissə, 118.68 manat cərimə borcu və RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilənilmiş 24 manat məbləğində rüsum olmaqla, cəmi 538 manat borcu vardır. 02 dekabr 2024-cü il tarixli 69882853 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 05 mart 2024-cü il tarixli 09483268 nömrəli müqaviləyə əsasən 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonkanı 554.04 manata satın almışdır. Cavabdeh tərəfindən 158.44 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 05 mart 2024-cü il tarixli 09483268 nömrəli “Müqavilə” üzrə 395.60 manat ödənilməmiş hissə,118.68 manat cərimə borcu və RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilənilmiş 24 manat məbləğində rüsum olmaqla, cəmi 538 manat borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 05 mart 2024-cü il tarixli 09483268 nömrəli müqavilə üzrə hesablanmış 118.68 manat məbləğində cərimə azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 mart 2024-cü il tarixli 09483268 nömrəli müqaviləyə əsasən 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat və 2 ədəd plyonka üçün 395.60 manat ödənilməmiş hissə, 30 manat cərimə və RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilənilmiş 24 manat məbləğində rüsum olmaqla, ümumilikdə 449.60 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 mart 2024-cü il tarixli 09483268 nömrəli müqaviləyə əsasən 1 ədəd “OPPO A38” markalı mobil telefon, 2 ədəd vinil mat, 2 ədəd plyonka üçün 395.60 manat ödənilməmiş hissə, 30 manat cərimə və RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilənilmiş 24 manat məbləğində rüsum olmaqla, ümumilikdə 449.60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə appelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-94/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-94/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver