Məhkəmə qərarları › İş №e-2(031)-318/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-318/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-318/2025 08.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və lizinq ödənişləri tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və lizinq ödənişləri tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001-01 №-li X3 Müqaviləsinin ləğv edilməsi, TOYOTA, modeli: Corolla minik, buraxılış ili: 2004, ban nömrəsi: SB1KC20E90E005163, rəngi: Gümüşü qızılı metallik, mühərrik həcmi: 1364 sm³, 77PJ259 dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin Cavabdeh alınıb İddiaçı BOKT ASC-yə qaytarılması, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 2090,51 manat əsas, 1283 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 4572 manat məbləğində dəbbə, cəmi 7945,51 manat və dövlət rüsumu kimi ödənilmiş 99,96 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001-01 №-li X3 Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə markası: TOYOTA, modeli: Corolla minik, buraxılış ili: 2004, ban nömrəsi: SB1KC20E90E005163, rəngi: Gümüşü qızılı metallik, mühərrik həcmi: 1364sm³, 77PJ259 dövlət qeydiyyat nişanıolan nəqliyyat vasitəsi 24 ay müddətinə lizinqə verilmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq, lizinq müqaviləsi üzrə ödənişlər edilmir və hal-hazırda cavabdehin müqavilə üzrə ümumi borcu 7945,51 manat təşkil edir. İddianın qiyməti: xx.xx.2025-ci il tarixinə 2090,51 manat əsas, 1283 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 4572 manat məbləğində dəbbə,cəmi 7945,51 manat məbləğində borc yaranmışdır. Məhkəmə iclasında dindirilən İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddanın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001-01 №-li X3 Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə markası: TOYOTA, modeli: Corolla minik, buraxılış ili: 2004, ban nömrəsi: SB1KC20E90E005163, rəngi: Gümüşü qızılı metallik, mühərrik həcmi: 1364sm³, 77PJ259 dövlət qeydiyyat nişanıolan nəqliyyat vasitəsi 24 ay müddətinə lizinqə verilmişdir. -xx.xx.2025-ci il tarixli borc haqqında arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 2090,51 manat əsas, 1283 manat faiz, 4572 manat cərimə, cəmi 7945,51 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixinə olan hesabdan çıxarışdan görünür ki, "xxxx" BOKT A5C ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00001-01 saylı Kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsiə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001-01 №-li X3 Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə markası: TOYOTA, modeli: Corolla minik, buraxılış ili: 2004, ban nömrəsi: SB1KC20E90E005163, rəngi: Gümüşü qızılı metallik, mühərrik həcmi: 1364sm³, 77PJ259 dövlət qeydiyyat nişanıolan nəqliyyat vasitəsi 24 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh uzun müddətdir ki, heç bir borc öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə borcundan ödəniş etmişdir. Bu hallar məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixinə olan hesabdan çıxarışda öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 200 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Ona görə də, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001-01 №-li X3 Müqaviləsi ləğv edilməli, TOYOTA, modeli: Corolla minik, buraxılış ili: 2004, ban nömrəsi: SB1KC20E90E005163, rəngi: Gümüşü qızılı metallik, mühərrik həcmi: 1364 sm³, 77PJ259 dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsi Cavabdeh alınıb İddiaçı BOKT ASC-yə qaytarılmalı, Cavabdeh 2090,51 manat əsas, 1283 manat faiz borcu, 200 manat məbləğində cərimə, cəmi 3573,51 manat və dövlət rüsumu kimi ödənilmiş 99,96 manat məbləğində pul İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, iddia tələbi cərimənin qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001-01 №-li X3 Müqaviləsi ləğv edilsin. TOYOTA, modeli: Corolla minik, buraxılış ili: 2004, ban nömrəsi: SB1KC20E90E005163, rəngi: Gümüşü qızılı metallik, mühərrik həcmi: 1364 sm³, 77PJ259 dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsi Cavabdeh alınıb İddiaçı BOKT ASC-yə qaytarılsın. Cavabdeh 2090,51 (iki min doxsan manat əlli bir qəpik) manat əsas, 1283 (min iki yüz səksən üç) manat faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə, cəmi 3573,51 (üç min beş yüz yetmiş üç manat əlli bir qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 99,96 (doxsan doqquz manat doxsan altı qəpik) manat məbləğində pul İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. İddia tələbi cərimənin qalan hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar