Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-39/2024 20.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “tiklinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh X6 qarşı “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd” yüksək təzyiqli (35- 55 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində cavabdeh X6 məxsus “Xudafərin” kafesi, daş hasar və daxildə yerləşən yardımçı tikililərin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası MPMnin 54-cü maddəsini rəhbər tutaraq əsl cavabdeh olaraq X4 əvəzinə Cavabdeh işə daxil edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X9 istismarına olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd” yüksək təzyiqli (35-55 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində cavabdeh X2 məxsus Xudafərin kafesi, daş hasar və kafeyə aid olan yardımçı tikililərin (AR DİN-nin Həyat X1 X13 4-cü bölüyünün mühafizə postunun eni 3.5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli binası istisna olmaqla) cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Qaz İxrac” İdarəsi bildirir ki, cavabdeh X6 məxsus Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Moszdok-Qazıməmməd” yüksək təzyiqli (35-55 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində kəmərdən müvafiq olaraq1-37 metr məsafədə “Xudafərin” kafesi, daş hasar və daxildə yardımçı tikililər inşa olunmuşdur. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərlə əlaqədar Şabran Rayonu İcra Hakimiyyətinə və Şabran Rayon Polis Şöbəsinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə verilən zaman iddianın predmeti olan qaz kəmərinin mühafizə zonasında yerləşən cavabdeh X2 məxsus Xudafərin kafesinin yerləşdiyi torpaq sahəsinin hüdudlarını və sözügedən kafenin əsas binasından başqa torpaq sahəsində yerləşən kafeyə aid yardımçı tikililəri dəqiq müəyyən etmək mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-16-18/2-10/9652 nömrəli ekspertiza rəyində qaz kəmərindən 34.94 metr məsafədə yerləşən eni 3.5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli tikili də mübahisə predmeti olan Xudafərin kafesinə aid edilən yardımçı tikili kimi göstərilir. Ekspertiza rəyi ilə əlaqədar, “Qaz İxrac” İdarəsinin (Siyəzən MQKS) və cavabdeh X2 məxsus Xudafərin kafesinin nümayəndələrinin iştirakı ilə 14 may 2024-cü il tarixində kafenin yerləşdiyi torpaq sahəsinə, orada yerləşən yardımçı tikililərə, o cümlədən rəydə göstərilən tikiliyə baxış keçirilmiş və bu barədə tərəflər arasında Akt tərtib edilmişdir. Baxış zamanı ekspertiza rəyində göstərilmiş qaz kəmərindən 34.94 metr məsafədə yerləşən eni 3.5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli tikilinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Həyat X1 X13 4-cü bölüyünün mühafizə postunun binası olduğu və həmin binanın Xudafərin kafesinə aidiyyətinin olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Polis Alayının 4-cü bölüyünün mühafizə postunun qeyd olunan binasının üzərində heç bir tanınma nişanı olmadığından və hasara alınaraq mübahisə predmeti olan Xudafərin kafesinin yerləşdiyi torpaq sahəsində birləşdirildiyindən “Qaz İxrac” İdarəsi tərəfindən Məhkəməyə iddia ərizəsi təqdim edilərkən bu tikilinin həmin kafeyə aid olubolmamadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək, Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-16-18/2-10/9652 nömrəli ekspertiza rəyində qaz kəmərindən 34.94 metr məsafədə yerləşən eni 3.5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli tikili də mübahisə predmeti olan Xudafərin kafesinə aid edilən yardımçı tikili kimi göstərilir. Ekspertiza rəyi ilə əlaqədar, “Qaz İxrac” İdarəsinin (Siyəzən MQKS) və cavabdeh X2 məxsus Xudafərin kafesinin nümayəndələrinin iştirakı ilə 14 may 2024-cü il tarixində kafenin yerləşdiyi torpaq sahəsinə, orada yerləşən yardımçı tikililərə, o cümlədən rəydə göstərilən tikiliyə baxış keçirilmiş və bu barədə tərəflər arasında Akt tərtib edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasına düşən, aşağıda adları qeyd edilmiş tikililər kafenin sahibi tərəfindən sökülmüşdür. Kafenin həyətyanı ərazisini əhatə edən daş hasarın, əraziyə giriş hissəsinin (qapının) qərb istiqaməti sökülərək metal torla əvəz edilmişdir. Həyətyanı ərazidə inşa edilmiş daş kürsülü söhbətgahlar (besetkalar) sökülmüşdür. Azyaşlı uşaqların dincəlməsi (oynaması) üçün quraşdırılan müxtəlif qurğular sökülərək ərazidən uzaqlaşdırılmışdır. iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçının nümayəndələri tərəfindən təqdim edilən hissədə yerləşən “Qaz İxrac" İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd” yüksək təzyiqli (35-55 atm) magistral qaz kəmərindən dəmir reşotkalar bərkidilmiş beton dirəklərədək 29.130 metr, dəmir konstruksiaylı eni 2.11 metr, uzunluğu 10.0 metr olan pilləkənədək 49.8 metr, iaşə obyektinədək 52.1 metr, eni 3,5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli tikiliyədək isə 34.94 metr müəyyən edildiyini nəzərə alsaq, dəmir barmaqlıqlar bərkidilmiş beton dirəklərin,dəmir konstruksiaylı eni 2,11 metr, uzunluğu 10.0 metr olan giriş hissənin en tərəfindən 20 sm hissəsinin, eni 3.5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli tikilinin yüksək təzyiqli (35-55 atm) magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı, qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 mlik mühafizə zonasına düşdüyü müəyyən edilir. İş materiallarında olan "Qaz İxrac” İdarəsi tərəfindən tərtib edilmiş 14 may 2024-cü il tarixli aktdan görünür ki, Siyəzən MQKS-nin istismarında olan 01220 mm-lik Mozdok- Qazıməmməd magistral qaz kəmərinin 362-ci km-də, boru kəmərinin cənub istiqamətində, Şabran rayonu ərazisində iaşə obyekti qismində inşa edilən Xudafərin Kafesinin qərb istiqamətində olan birgözlü daş bina (uzunluğu 4.896 metr, eni 3.50 metr) Xudafərin kafesinin tikili kompleksinə aid deyil. Mozdok-Qazıməmməd MQK-nin mühafizə zonasında inşa edilmiş həmin tikili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Həyat X1 X13 4-cü Bölüyünə (Bölük komandiri Ürfan Siracov, Tel: 077 760-58=18) aid olan mühafizə postudur. Aktın doğruluğunu Adəm Məmmədov, Əskər Əskərov, Ceyhun Bağırlı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan "Qaz İxrac” İdarəsi tərəfindən tərtib edilmiş 14 may 2024-cü il tarixli aktdan görünür ki, Siyəzən MQKS-nin istismarında olan 01220 mm-lik Mozdok- Qazıməmməd magistral qaz kəmərinin 362-ci km-də, boru kəmərinin cənub istiqamətində, Şabran rayonu ərazisində iaşə obyekti qismində Xudafərin Kafesi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasına düşən, aşağıda adları qeyd edilmiş tikililər kafenin sahibi tərəfindən sökülmüşdür. Kafenin həyətyanı ərazisini əhatə edən daş hasarın, əraziyə giriş hissəsinin (qapının) qərb istiqaməti sökülərək metal torla əvəz edilmişdir. Həyətyanı ərazidə inşa edilmiş daş kürsülü söhbətgahlar (besetkalar) sökülmüşdür. Azyaşlı uşaqların dincəlməsi (oynaması) üçün quraşdırılan müxtəlif qurğular sökülərək ərazidən uzaqlaşdırılmışdır. Aktın doğruluğunu Adəm Məmmədov, Əskər Əskərov, Vəkil öz imzaları ilə təsdiq etmişlər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Siyəzən MQKS-nin istismarında olan 01220 mm-lik Mozdok-Qazıməmməd magistral qaz kəmərinin 362-ci kmdə, boru kəmərinin cənub istiqamətində, Şabran rayonu ərazisində iaşə obyekti qismində Xudafərin Kafesi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasına düşən, aşağıda adları qeyd edilmiş tikililər kafenin sahibi tərəfindən sökülmüşdür. Kafenin həyətyanı ərazisini əhatə edən daş hasarın, əraziyə giriş hissəsinin (qapının) qərb istiqaməti sökülərək metal torla əvəz edilmişdir. Həyətyanı ərazidə inşa edilmiş daş kürsülü söhbətgahlar (besetkalar) sökülmüşdür. Eyni zamanda, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının nümayəndələri tərəfindən təqdim edilən hissədə yerləşən “Qaz İxrac" İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd” yüksək təzyiqli (35-55 atm) magistral qaz kəmərindən dəmir reşotkalar bərkidilmiş beton dirəklərədək 29.130 metr, dəmir konstruksiaylı eni 2.11 metr, uzunluğu 10.0 metr olan pilləkənədək 49.8 metr, iaşə obyektinədək 52.1 metr, eni 3,5 metr, uzunluğu 4.896 metr olan bir mərtəbəli tikiliyədək isə 34.94 metr müəyyən edilmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı, qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 mlik mühafizə zonasına düşdüyü müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “tiklinin sökülməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (altmış) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “tiklinin sökülməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən, 50 (əlli) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-39/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-39/2024
20.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver