Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-581/2025 21.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə İddiaçı İddiaçı Cavabdeh qarşı və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs7 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatının ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakların qəbul edilməsi üçün müddətin uzadılması; xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakların qanun üzrə vərəsələr arasında paylarının müəyyən edilməsi; Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-335 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində aparılmış əmlak üzərində hüquqların dövlət qeydiyyatının (reyestr nömrəsi **********05-10301, qeydiyyat nömrəsi **********) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran (keçmiş Dəvəçi) şəhəri Əzizbəyov küçəsi ev 19 (hazirda ad dəyişdirildiyinə görə, R. Behbudov küçəsi, 25) ünvanında daimi pasport qeydiyyatında olmaqla orada yaşayır. Yaşadığı ev kifayət qədər köhnə tikili olduğuna görə həyətyanı torpaq sahəsində özü üçün mənzil inşa etdirmək istədikdə zəruri sənədləri toplamaq lazım gəlmişdir. Şəxsiyyət vəsiqəsi ilə yaşadığı küçənin adı “Əzizbəyov” kimi qeyd olunduğundan ilk əvvəl qeydiyyat ünvanında düzəliş edilməsi üçün polis şöbəsinin "QVŞV” qrupuna müraciət etdikdə ona qeydiyyata düşmək istədiyi evin sənədlərini təqdim etmək tövsiyə olunmuşdur. Yaşadığı ev mərhum anası X3 məxsus olmuşdur. Lakin anası rəhmətə getdikdən sonra ondan miras qalan əmlakları qanun üzrə vərəsələr kimi qəbul edilməmişdir. Qanunvericilik mirasın qəbuluna dair hərəkətlərin iki formasını tanıyır: 1) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Bu məqsədlə Şabran rayon Notariat ofisinə müraciət edilmiş və İddiaçı məktubla bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair xx.xx.2017-ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Qardaşı Cavabdeh həmçinin Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Qanun üzrə vərəsə hesab olunan İddiaçı digər qardaş və bacıları isə miras əmlak üzrə məcburi paylarından onun xeyrimə imtina edirlər. Vərəsəlik işi açıldığı zaman qanun üzrə vərəsələr çağırılmadıqlarına görə, məlumatsız olmuşlar. Bu səbəbdən miras qalmış əmlak üzərində açılmış vərəsəlik işini qanunsuz hesab edilməlidir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsə sayılırlar. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr isə nəzərə alınmır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh Şabran rayon Notariat ofisinə müraciət edərkən, mübahisəli miras payına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri X22 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı aparılmış Çıxarış (reyestr nömrəsi **********05-10301, qeydiyyat nömrəsi **********) verilmiş, notarius tərəfindən qanunun tələbinə əsasən vərəsələrin əhatəsi müəyyənləşdirilmədən vərəsəlik işi açmışdır. Halbuki, notarius tərəfindən mirasın faktiki qəbulu məsələsi sənədləşdirilərkən, sosial ədalətlilik və mütənasiblilik prinsipi rəhbər tutularaq, qanuni vərəsələrin hüquqlarının ədalətli balansı qurulmalı və onlardan hər hansı birinin mirası qəbul etmək hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir (“A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarnda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti Dövlət rüsumunun ödənilməsi haqqında məlumat notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” - nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 39.1, 149 və 150-ci maddələrini rəhbər tutaraq İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatının ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil isə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şabran Rayon məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs7 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması və vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə e- 2(031)-581/2025 saylı mülki iş üzrə iddia tələbinin aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir: 1. Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V- 335 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; 2. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin uzadılması; 3. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid torpaq sahəsi üzrə qanun üzrə vərəsələr arasında payların müəyyən edilməsi barədə müvafiq qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin uzadılmas və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid torpaq sahəsi üzrə qanun üzrə vərəsələr arasında payların müəyyən edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs7 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması və vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsinə etiraz etmədiyini və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış torpaq sahəsi üzrə payından İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 İddiaçı Cavabdeh qarşı və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs7 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması və vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsinə etiraz etmədiyini və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış torpaq sahəsi üzrə payından İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs7 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 Saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs7 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh Şabran rayon Notariat kontoruna ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış ünvan 3 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsindən ibarət miras əmlakın qəbul etdiyini bildirmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ünvan 3 ünvanında yerləşən 88,7 kvadrat metr sahəli fərdi yaşayış evi və 0,09 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi: **********05- 10301) ibarət daşınmaz mülkiyyətlə bağlı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evi Cavabdeh (qeydiyyat nömrəsi: **********: qeydiyyat tarixi xx.xx.2016-cı il) torpaq sahəsi isə X2 tam mülkiyyətindədir. - xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ürək catışmamazlığından ölmüş və bu barədə xx.xx.2017-ci il tarixli kitabın ölüm səhifəsində 91 nömrəli qeydiyyat aparılmışdır. - xx.xx.2017-ci il tarixli, 581 nömrəli arayışdan görünür ki,nikahı müəyyən etmək məqsədi ilə 1941-ci ildən 1947-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış və həmin dövrdə X2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. - xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş X18 X4 və X15 qızıdır. - Rzayeva (Məmmədova) Vəfa Binyami qızının Şabran rayon Notariat Kontoruna ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən payı faktiki qəbul etmədiyini, qəbul etmək fikrində olmadığını və mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. - xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh, X21 və X2 oğludur. - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 5522 saylı, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vəfat etdikdən sonra ünvan 1 ünvanında sonuncunun oğlu Cavabdeh və qızı Maraqlı şəxs7 yaşayır. - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,09 hektar olan torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. - Maraqlı şəxs4 Binyami qızının Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir. - Maraqlı şəxs3 Binyami qızının Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir. - Maraqlı şəxs6 Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir. - Maraqlı şəxs7 Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir. - Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaklardan İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 6 ünvanında qeydiyyatdadır və onun adına ümumvətəndaş pasportuna dair, o cümlədən onun sərhəd keçməsinə dair elektron sistemdə hər-hansı bir məlumat yoxdur. - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-1/2-1441/2025 saylı arayışdan görünür ki, mərhum X19 03.11 1997-ci ildə özü, mərhuma həyat yoldaşı X4 20.04 2017-ci il tarixdə vəfat edən günə qədər ünvan 7 ünvanında yaşamışdır. Ölümündən sonra aşağıda adları qeyd edilən vərəsələri qalmışdır: 1) Oğlu - Maraqlı şəxs6: xx.xx.1951; 2) qızı-Maraqlı şəxs2: XX.XX.1953; 3) Qızı - Maraqlı şəxs4 Binyami qızı: xx.xx.1954; 4) qızı - X8: xx.xx.1960; 5) oğlu - Cavabdeh; 6) qızı - Maraqlı şəxs3 Binyami qızı: xx.xx.1962; 7) qızı - İddiaçı: 18.1.0 1966; 8) qızı-Maraqlı şəxs7: 27 08 1969. - AZ – İİ seriyalı, 472844 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ürək catışmamazlığından ölmüşdür. - AZ – İİ seriyalı, 472843 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1997-ci il tarixdə dərin qocalıqdan ölmüşdür. - Vİİ – ЖГ seriyalı, 273825 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Hüseynova (Məmmədova) Tükəzban Binyami qızı X4 və X13 qızıdır. - İİİ – ЖГ seriyalı, 459464 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Muradova (Ağayeva) Dilbər Binyami qızı X4 və X13 qızıdır. - İİİ – ЖГ seriyalı, 290042 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Ağayev X14 Binyamin Ağa oğlu və X2 oğludur. - Vİİ – ЖГ seriyalı, 496327 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı X4 və X13 qızıdır. - AZ – T seriyalı, 112795 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Şeydayeva (Məmmədova) Tamela Benyami qızı X4 və X13 qızıdır. - Şabran rayon Notariat Ofisinin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 279 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair xx.xx.2017-ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir və İddiaçı aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyə olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının "Notariat haqqında” xx.xx.1999-cu il tarixli, 762-İQ nömrəli Qanununun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikasının Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri isə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəllənin 384.0.4-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Belə olan halda məhkəmə xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən sadəcə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vəfat etdikdən sonra onun yaşadığı ünvan 1 ünvanında sonuncunun oğlu Cavabdeh və qızı Maraqlı şəxs7 yaşamasına dair Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 5522 saylı, xx.xx.2017-ci il tarixli arayışa əsaslanalaraq notarius tərəfindən Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74- 1/2-1441/2025 saylı arayışda adları qeyd edilmiş vərəsələrin çağırılmadığını və onların paylarının nəzərə alınmadığını, habelə həmin şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,09 hektar olan torpaq sahəsindən 1/1 hissədə pay aldığını, o cümlədən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 08 (səkkiz) vərəsəsindən Cavabdeh istisna olmaqla, digər vərəsələrin öz paylarından İddiaçı xeyrinə imtina etdiklərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməli, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-335 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbul edilməsi üçün müddət İddiaçı üçün uzadılmalı və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsi üzərində İddiaçı payı 7/8, Cavabdeh payı isə 1/8 hissədə müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-335 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbul edilməsi üçün müddət İddiaçı üçün uzadılsın. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsi üzərində İddiaçı payı 7/8, Cavabdeh payı isə 1/8 hissədə müəyyən edilsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-581/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-581/2025
21.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver