Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-603/2024 08.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 31 oktyabr 2019-cu il və 18 iyun 2020-ci il tarixlərində bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh ECK5793745 nömrəli müqavilə üzrə 748 manat dəyəri olan 1 ədəd “Beko" markalı televizor və 1 ədəd “Beko” markalı kofevarka, ECK5870274 nömrəli müqavilə üzrə 554 manat dəyəri 1 ədəd “Samsung Galaxy A10” markalı telefon almış və cavabdeh ECK5793745 nömrəli müqavilə üzrə 40 manat ilkin ödəniş olmaqla, qalan 708 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 59 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini və ECK5870274 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 504 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 9 ay müddətinə, aylıq 56 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunsa da, borc ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ECK5793745 nömrəli, 31 oktyabr 2019- tarixli müqavilə üzrə 342 manat əsas, 102 manat cərimə və ECK5870274 nömrəli, 18 iyun 2020-ci il tarixli müqavilə üzrə 331 manat əsas, 99 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 904 manat pul İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli ECK5793745 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 748 manat dəyərində olan 1 ədəd “Beko" markalı televizor və 1 ədəd “Beko” markalı kofevarka alıcıya satılmışdır. - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 iyun 2020-ci il tarixli ECK5870274 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 554 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon alıcıya satılmışdır. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcu ECK5793745 saylı müqavilə üzrə 342 manat əsas, 102 manat cərimə pulu, ECK5870274 saylı müqavilə üzrə 331 manat əsas, 99 manat cərimə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 904 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ECK5793745 nömrəli, 31 oktyabr 2019- tarixli müqavilə üzrə 342 manat əsas, 102 manat cərimə və ECK5870274 nömrəli, 18 iyun 2020-ci il tarixli müqavilə üzrə 331 manat əsas, 99 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 904 manat pul İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ECK5793745 nömrəli, 31 oktyabr 2019- tarixli müqavilə üzrə 342 (üç yüz qırx iki) manat əsas, 102 (yüz iki) manat cərimə və ECK5870274 nömrəli, 18 iyun 2020-ci il tarixli müqavilə üzrə 331 (üç yüz otuz bir) manat əsas, 99 (doxsan doqquz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu, cəmi 904 (doqquz yüz dörd) manat pul İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-603/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-603/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver