Məhkəmə qərarları › İş №e-2(031)-667/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-667/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-667/2024 10.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********73605 HONOR X5 PLUS markalı telefonüçün 416.04 (dörd yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 41.96 (qırx bir manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********33996 HONOR X5 PLUS markalı telefonüçün 356.04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 35.96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********55097 SAMSUNG GALAXYA33 markalı telefon, SAMSUNG CHARGERüçün, 279,39 (iki yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 27,61 (iyirmi yeddi manat altmış bir qəpik) manat cərimə olmaqla, Ümumilikdə 1157 (min yüz əlli yeddi) manat borc və 31,57 (otuz bir manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC il2ə8.11.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********73605 HONOR X5 PLUS markalı telefon, İmei kod **********33996 HONOR X5 PLUS markalı telefon, İmei kod **********55097 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG CHARGEüçRün 1157 (bir min yüz əlli yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 416.04 (dörd yüz on altı manat dörd qəpik) manat (12 ay x 34.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********73605 HONOR X5 PLUS markalı telefon üçün ümumilikdə, 458 (dörd yüz əlli səkkiz) manat olmaqla ondan, 416.04 (dörd yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.96 (qırx bir manat doxsan altı qəpik) manat cərimə. xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 356.04 (üç yüz əlli altı manat dörd qəpik) manat (12 ay x 29.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********33996 HONOR X5 PLUS markalı telefonüçün ümumilikdə, 392 (üç yüz doxsan iki) manat olmaqla ondan, 356.04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 904.04 (doqquz yüz dörd manat dörd qəpik) manat (12 ay x 69.92 manat + 65 manat ilkin ödəniş) olan İmei kod **********55097 SAMSUNG GALAXY A33 markalı telefon , SAMSUNG CHARGER üçün ümumilikdə, 307 (üç yüz yeddi) manat olmaqla ondan, 279.39 (iki yüz yetmişd oqquz manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.61 (iyirmi yeddi manat altmış bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 624.65 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuş və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hesab edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********73605 HONOR X5 PLUS markalı telefonüçün 416,04 (dörd yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 41,96 (qırx bir manat doxsan altı qəpik) manat cərimə. xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********33996 HONOR X5 PLUS markalı telefonüçün 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 35,96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********55097 SAMSUNG GALAXYA33 markalı telefon, SAMSUNG CHARGERüçün, 279,39 (iki yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 27,61 (iyirmi yeddi manat altmış bir qəpik) manat cərimə, olmaqla Ümumilikdə 1157 (min yüz əlli yeddi) manat borc və 31,57 (otuz bir manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********73605 HONOR X5 PLUS markalı telefonüçün 416,04 (dörd yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 41,96 (qırx bir manat doxsan altı qəpik) manat cərimə. xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********33996 HONOR X5 PLUS markalı telefonüçün 356,04 (üç yüz əlli altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 35,96 (otuz beş manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********55097 SAMSUNG GALAXYA33 markalı telefon, SAMSUNG CHARGERüçün, 279,39 (iki yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 27,61 (iyirmi yeddi manat altmış bir qəpik) manat cərimə, olmaqla Ümumilikdə 1157 (min yüz əlli yeddi) manat borc və 31,57 (otuz bir manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar