Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-750/2023 09.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran rayon məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair məhkəməyə təqdim etdiyi iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PAKET M, imei kodu **********67664 XİAOMİ REDMİ 10 markalı telefon üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə, ümumilikdə, 451 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş məhkəmənin icraatındadır. İşi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, "xxxx" MMC-nin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" MMC tərəfindən Paşa Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xıdır Quliyev
Məhkəmə qərarları › İş №e-2(031)-750/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-750/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver