Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-809/2023 09.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı "kredit borcu" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD üçün 779.12 (yeddi yüz yetmiş doqquz manat on iki qəp) manat ödənilməmiş hissə, 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN HOFFMANN üçün 519.98 (beş yüz on doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 51.02 (əlli bir manat iki qəp) manat cərimə, ümumilikdə 1428 manat borc, 34.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD PALTARYUYAN HOFFMANN almış və nəticədə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 825.12 (səkkiz yüz iyirmi beş manat on iki qəp) manat (18 ay x 45.84 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD üçün ümumilikdə, 857 (səkkiz yüz əlli yeddi) manat olmaqla ondan, 779.12 (yeddi yüz yetmiş doqquz manat on iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 559.98 (beş yüz əlli doqquz manat doxsan səkkiz qəp) manat (18 ay x 31.11 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN HOFFMANNüçün ümumilikdə, 571 (beş yüz yetmiş bir) manat olmaqla ondan, 519.98 (beş yüz on doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt 51.02 (əlli bir manat iki qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD PALTARYUYAN HOFFMANN almış və nəticədə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 825.12 (səkkiz yüz iyirmi beş manat on iki qəp) manat (18 ay x 45.84 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD üçün ümumilikdə, 857 (səkkiz yüz əlli yeddi) manat olmaqla ondan, 779.12 (yeddi yüz yetmiş doqquz manat on iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 559.98 (beş yüz əlli doqquz manat doxsan səkkiz qəp) manat (18 ay x 31.11 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN HOFFMANNüçün ümumilikdə, 571 (beş yüz yetmiş bir) manat olmaqla ondan, 519.98 (beş yüz on doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt 51.02 (əlli bir manat iki qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Həmçinin, "xxxx" MMC məhkəməyə müraciət edərkən 34.28 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh X2 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD üçün 779.12 (yeddi yüz yetmiş doqquz manat on iki qəp) manat ödənilməmiş hissə, 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN HOFFMANN üçün 519.98 (beş yüz on doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 51.02 (əlli bir manat iki qəp) manat cərimə, ümumilikdə 1428 manat borc, 34.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5- 284-6-cı maddələrinə əsasən, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********75008 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON, VİNİL MAT-2 ƏDƏD üçün 779.12 (yeddi yüz yetmiş doqquz manat on iki qəp) manat ödənilməmiş hissə, 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN HOFFMANN üçün 519.98 (beş yüz on doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 51.02 (əlli bir manat iki qəp) manat cərimə, ümumilikdə 1428 manat borc, 34.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-809/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-809/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver