Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-903/2024 08.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOZSORAN SAMSUNG, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOZSORAN SAMSUNG, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOZSORAN SAMSUNG, SOYUDUCU SAMSUNG, ŞİRƏ ŞƏKƏN KENWOOD almış və nəticədə 1407 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunsa da, borc ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 196,66 manat ödənilməmiş hissə, 19,34 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1038,47 manat ödənilməmiş hissə, 103,53 manat cərimə olmaqla cəmi 1407 manat borc və 34,07 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 189 manat dəyərində olan TOZSORAN SAMSUNG, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 331,20 manat dəyərində olan TOZSORAN SAMSUNG, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti cəmi 2489,94 manat dəyərində olan TOZSORAN SAMSUNG, SOYUDUCU SAMSUNG, ŞİRƏ ŞƏKƏN KENWOOD alıcıya satılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 196,66 manat ödənilməmiş hissə, 19,34 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1038,47 manat ödənilməmiş hissə, 103,53 manat cərimə olmaqla cəmi 1407 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - mədaxil qəbzindən görünür ki, 34,07 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat cərimə həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 196,66 manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1038,47 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla cəmi 1296,13 manat borc və 34,07 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45 (qırx beş) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 196 (yüz doxsan altı) manat 66 (altmış altı) qəpik ödənilməmiş hissə, 5 (beş) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1038 (min otuz səkkiz) manat 47 (qırx yeddi) qəpik ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, cəmi 1296 (min iki yüz doxsan altı) manat 13 (on üç) qəpik borc və 34 (otuz dörd) manat 7 (yeddi) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-903/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-903/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver