Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-948/2024 18.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdeh kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********75362 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 91,91 manat ödənilməmiş hissə, 9,09 manat cərimə, olmaqla ümumilikdə 101 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçınə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdən görünür ki, iddiaçı tərəfindən Şabran Rayon Məhkəməsinə müvafiq qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddia ərizəsində məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli mədaxil qəbzi əlavə edilsə də, “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində rüsumun Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ödənildiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264 və 268-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-948/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-948/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver