Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1016/2024 22.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə 647,7 manat əsas, 194,3 manat cərimə, cəmi 842 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə 99,9 manat əsas, 29,9 manat cərimə, cəmi 129,8 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə 99,5 manat əsas, 29,8 manat cərimə, cəmi 129,3 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə 2237,8 manat əsas, 925,3 manat cərimə, cəmi 2909,1 manat borc, ümumilikdə dörd müqavilə üzrə 3084,9 manat əsas, 925,3 manat cərimə, cəmi 4010,2 manat borcun və 60,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Uşaq arabası”na görə 12 ay ödəniş cədvəli üzrə hər ay 164 manat olmaqla, cəmi 1959,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 164 manat ödəniş etmiş qalıq qalmış 647,70 manat borcu qaytarmamışdır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1943 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1943 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 194,30 manat cərimə, cəmi 842 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Gree” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 899,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024-cü il tarixində 50 manat ödəniş etmiş qalıq qalmış 99,90 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 299 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 299 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 29,90 manat cərimə, cəmi 129,80 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Gree” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 899,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024cü il tarixində 33 manat ödəniş etmiş qalıq qalmış 99,50 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 298 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 298 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 29,80 manat cərimə, cəmi 129,30 manat, İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone, aksesuarlar”a görə 18 ay ödəniş cədvəli üzrə hər ay 205 manat olmaqla, cəmi 3672,80 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 205 manat ödəniş etmiş qalıq qalmış 2237,80 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 6713 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 6713 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 671,30 manat cərimə, cəmi 2909,10 manat İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, mülki işə baxmağa haqlıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1959,99 manat olan X3 e/type (2/1) Gothic et-03A(BABY000148) markalı məhsul Cavabdeh nisyə satılmış və sonuncu 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 164 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3672,86 manat olan İphone 14 X4 Purple markalı telefon və aksesuarlar Cavabdeh nisyə satılmış və sonuncu 35 manat ilkin ödəniş etməklə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 205 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 899,99 manat olan Gree markalı kondisioner Cavabdeh nisyə satılmış və sonuncu 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 899,99 manat olan Gree markalı kondisioner Cavabdeh nisyə satılmış və sonuncu 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 647,7 manat əsas borcu və 1943 manat cərimə borcu olmaqla, cəmi 2590,70 manat borcu mövcuddur. Gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun 90%-i güzəşt edildiyindən Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu 647,7 manat əsas, 194,3 manat cərimə borcu olmaqla cəmi 842 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 99,9 manat əsas borcu və 299 manat cərimə borcu olmaqla, cəmi 398,90 manat borcu mövcuddur. Gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun 90%-i güzəşt edildiyindən Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu 99,9 manat əsas, 29,9 manat cərimə borcu olmaqla cəmi 129,80 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 99,5 manat əsas borcu və 298 manat cərimə borcu olmaqla, cəmi 397,50 manat borcu mövcuddur. Gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun 90%-i güzəşt edildiyindən Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu 99,5 manat əsas, 29,8 manat cərimə borcu olmaqla cəmi 129,30 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 2237,8 manat əsas borcu və 6713 manat cərimə borcu olmaqla, cəmi 8950,80 manat borcu mövcuddur. Gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun 90%-i güzəşt edildiyindən Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu 2237,8 manat əsas, 671,3 manat cərimə borcu olmaqla cəmi 2909,10 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X1 arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyaları satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən, X3 e/type (2/1) Gothic et- 03A(BABY000148) markalı məhsul üçün 647,7 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən, İphone 14 X4 Purple markalı telefon və aksesuarlar üçün 2237,8 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, Gree markalı kondisioner üçün 99,9 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, Gree markalı kondisioner üçün 99,5 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 647,7 manat məbləğində əsas borca münasibətdə 194,3 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 99,9 manat məbləğində əsas borca münasibətdə 29,9 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 99,5 manat məbləğində əsas borca münasibətdə 29,8 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 2237,8 manat məbləğində əsas borca münasibətdə 671,3 manat cavabdehdən dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 10 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 40 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 60,10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60,10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284-5.3, 152-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən X3 e/type (2/1) Gothic et-03A(BABY000148) markalı məhsul üçün 647,7 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən Gree markalı kondisioner üçün 99,9 manat əsas borc, 1 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən Gree markalı kondisioner üçün 99,5 manat əsas borc, 1 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İphone 14 X4 Purple markalı telefon və aksesuarlar üçün 2237,8 manat əsas borc, 40 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 60,10 manat olmaqla, cəmi 3197 (üç min yüz doxsan yeddi manat) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1016/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1016/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver