Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1018/2024 12.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod SY7WF5MQ23Y İPAD 9 markalı tablet üçün 1101,96 manat ödənilməmiş hissə, 110,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Apple İmei kod **********93582 XİAOMİ REDMİ 10 markalı telefon üçün 594,38 manat ödənilməmiş hissə, 59,62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********37106 XİAOMİ REDMİ 10 markalı telefon üçün, 548,12 manat ödənilməmiş hissə, 54,88 manat cərimə, ümumilikdə 2469 manat borc, 44,69 manat ödənilməmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin hal-hazıradək cavabdehin iddia tələbinə dair hər hansı münasibətini məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İş üzrə iddiaçı tərəfindən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə verilməsini, cavabdeh tərəfindən isə işin mahiyyəti üzrə həll edilməsinə dair hər hansı bir müraciətinin daxil olmamasını və mülki prosesusal qanunvericiliyin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələblərin uyğun qaydada "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 44,69 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 44,69 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş (qəbzin nömrəsi **********, xx.xx.2024cü il tarixli) 44,69 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1018/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1018/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver