Məhkəmə qərarları › İş №e-2(032)-1034/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1034/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1034/2025 13.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X4 2 il (kontakt) xidməti, X3 S10 üçün 376.40 (üç yüz yetmiş altı manat 40 qəpik) manat ödənilməmiş hissə, 37.64 ( otuz yeddi manat, 64 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, müqaviləyə əsasən Zəmanət+1 il xidməti, X5 CH6 Classic 47MM qol saatı üçün 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 16.20 (on altı manat, 20 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən JBL TUNE qulaqlıq üçün 102.50 (yüz iki manat 50 qəpik) manat ödənilməmiş hissə, 10.25 (on manat 25 qəpik) manat cərimə, ümumilikdə 704.99 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən X4 2 il (kontakt) xidməti, X3 S10, Zəmanət+1 il xidmət X5 CH6 Classic 47MM qol saatı, JBL TUNE qulaqlıq almış və nəticədə 704.99 (yeddi yüz dörd manat, 99 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 846.90 manat (18 ay *47.05 manat + 0 manat ilkin ödəniş) olan X4 2 il (kontakt) xidməti, X3 S10 üçün ümumilikdə, 414.04 manat olmaqla ondan, 376.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.64 manat cərimə, xx.xx.2023-cü il tarixli, müqaviləyə əsasən, alqı-satqı qiyməti 1026 manat (12 ay*85.50 manat+0 manat ilkin ödəniş) olan Zəmanət+ 1 il Xidməti, X5 CH6 Classic 47MM qol saatı üçün ümumillikdə, 178.20 manat olmaqla ondan 162 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 246 manat (12 ay*20.50 manat +0 manat ilkin ödəniş) olan JBL TUNE qulaqlıq üçün ümumillikdə 112.75 manat olmaqla, ondan 102.50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.25 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1478 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında, xx.xx.2023-cü il tarixli, 03718222 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1026 manat Zəmanət+1 il xidmət, X5 CH6 Classic 47MM qol saatı, Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 85.50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 846.90 manat X4 2 il (kontakt) xidməti, X3 S10, Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 47.05. manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür "xxxx" MMC ilə Cavabdeh arasında, xx.xx.2024-cü il tarixli, 14896368 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 246 manat JBL TUNE qulaqlıq, Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 20.50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023cü il, tarixli müqavilə üzrə 162 manat ödənilməmiş hissə və 16.20 manat dəbbə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 376.40 manat ödənilməmiş hissə və 37.64 manat dəbbə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 102.50 manat ödənilməmiş hissə və 10.25 manat dəbbə borcu vardır İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə elektron avadanlıqlar satılmış, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 376.40 manat, 162 manat və 102.5 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, dəbbə (cərimə) pulu yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü iı tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il, 03718222 saylı müqaviləsinə əsasən Zəmanət+ 1 il Xidməti, X5 CH6 Classic 47MM qol saatı üçün ödənilməmiş 162 manat əsas, 1 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul olmaqla, cəmi 193 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. xx.xx.2024-cü il, ******* saylı müqaviləsinə əsasən X4 2 il (kontakt) xidməti, X3 S10 üçün ödənilməmiş 376.40 manat əsas, 3 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul olmaqla, cəmi 409.40 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. xx.xx.2024-cü il, 14896368 saylı müqaviləsinə əsasən JBL TUNE qulaqlıq üçün ödənilməmiş 102.50 manat əsas, 1 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul olmaqla, cəmi 133.50 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar