Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1036/2023 19.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçıMMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçıMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı MMC-i kiçik iddialara dair işlər üzrə icraat qaydasında yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 mart 2011-ci il tarixdə bağlanmış TOP11024 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 863,25ABŞ dolları əsas, 216 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1079,25 ABŞ dolları məbləğində borcun və ödənilmiş 38 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə bağlanmış TOP 11024 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 3000 ABŞ dolları olan (ümumi məbləği 3000 ABŞ dolları) “2 sim-kart 6700 TV” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müavilə bağlandıqdan sonra cavabdeh xx.xx.2011-ci il tarixdə 269 ABŞ dolları, xx.xx.2011-ci il tarixdə 125 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2012-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 100 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 100 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 100 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 100 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 120 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 47 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 91,25 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 75 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 62,5 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 75 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 100 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 125 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 125 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 62 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 47 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 47 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 47 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 47 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 47 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 29 ABŞ dolları ödəmişdir və bu məbləğ gecikmə faizindən çıxarılmışdır. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləği ödəməmiş və bununlada müqavilə üzrə üzrərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh etirazı məhkəməyə daxil olmuş, Şirvan şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçıMMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş edərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehə müqavilə əsasında 70 ədəd telefon satmış, lakin cavabdeh həmin telefonları özünə məxsus mağazada satdıqdan sonra iddiaçıya olan borcu ödəməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh isə onunla STAR CSM arasında mobil telefonların alqı-satqısı ilə əlaqədar şifahi razılaşma olmuşdur. Belə ki, şirkət tərəfindən 2010-cu ildən etibarən ford markalı nəqliyyat vasitəsi ilə Gəray adlı əməkdaşı tərəfindən Cin istehsallı mobil telefonların alqı-satqısını həyata keçirilirdi. Qeyd edilən razılaşma əsasında heç bir müqavilə və ya yazılı razılaşma olmamışdır. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən götürülən mallların dəyəri Azərbaycan Respublikasının milli valyutası olan manatla hesablanmışdır. Şifahi razılaşma əsasında ticarətimiz gedişində malların bir hissəsi nağd, bir hissəsi nisyə olmaqla ödənişləri STAR CSM şirkətinə şəxsən ödəniş etmişdir. Borclu olduğu məbləğlərə əsasən vaxtında ödəniş etmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsində ünvanı və şəxsi məlumatları əks etdirilmişdir. Lakin əlavə edilmiş müqavilədəki və 25 iyul 2020-ci il tarixdə olan qəbzdəki imzalar ona məxsus olmamaqla saxtalaşdırılmışdır. Eyni zamanda bildirdi ki, onun telefon mağazası olmuş və iddiaçıdan götürdüyü telefonları ayrı-ayrı şəxslərə satmış, pulunu isə iddiaçıya ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 12 mart 2011-ci il tarixli TOP11024 saylı nisyə alqı-satqı müqaviləsinin 3.1-ci və 3.4-ci bəndlərindən görünür ki, malın satış qiyməti 300 ABŞ dollarıdır. Malın satış qiymətinin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcı”nın müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz hissəsi olan Ödəniş cədvəlinə (Əlavə№1) uyğun olaraq həyata keçirilir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 12 mart 2011-ci il tarixdə bağlanmış TOP11024 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 863,25ABŞ dolları əsas, 216 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1079,25 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit borcunun ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Cavabdeh ********** nömrəli aktiv VÖEN-i vardır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh 03 iyul 2013-cü il tarixdə 47 ABŞ dolları, 12 fevral 2013-cü il tarixdə 100 ABŞ dolları, 05 iyun 2013-cü il tarixdə 120 ABŞ dolları, 06 may 2013-cü il tarixdə 100 ABŞ dolları, 29 mart 2013-cü il tarixdə 100 ABŞ dolları, 11 noyabr 2013-cü il tarixdə 60 manat, 03 iyul 2013-cü il tarixdə 73 manat, 07 mart 2014-cü il tarixdə 60 manat, 24 yanvar 2014-cü il tarixdə 50 manat,10 iyul 2014-cü il tarixdə 100 manat, 14 may 2014-cü il tarixdə 100 manat, 20 oktyabr 2014-cü il tarixdə 100 manat, 29 dekabr 2014-cü il tarixdə 50 manat, 24 iyun 2015-ci il tarixdə 50 manat, 25 iyul 2020-ci il tarixdə 50 manat ödəniş etmişdir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, 12 mart 2011-ci il tarixli TOP11024 saylı nisyə alqı-satqı müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar Cavabdeh 70 ədəd telefon İddiaçı MMC-dən almışdır. Bundan başqa “Elektron məhkəmə” sistemindən edilmiş sorğu nəticəsində Cavabdeh aktiv VÖEN-i olması məlum olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə tərəflərin subyektiv tərkibini, tərəflər arasında olan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu nəzərə alıb, hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 45, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçıMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №e-2(032)-1036/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1036/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver