Məhkəmə qərarları › İş №e-2(032)-1073/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1073/2025

05.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1073/2025 05.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 5 qarşı miras əmlakdan pay tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və anası X4 birgə nikahları dövründə əldə etdikləri Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 4 fərdi yaşayış evin mərhum atası və anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın hissəsinin müəyyən edilərək verilməsinə dair qətnamə qəbul qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 Nənəmxanım Surat qızı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından X15, X16, X21, X17 və İddiaçı adlı beş övladları anadan olmuşdur. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy Zərdabi küçəsi 47 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi idarəsi tərəfindən 12 yanvar 2016-cı ildə Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda özü ailəsi ilə birlikdə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi, H.B.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Atası sağlığında ünvan 2una müraciət edərək, həmin evi oğlu X11 bağışlamaq istədiyini bildirməklə, bu əməliyyatın rəsmiləşdirilməsini xahiş etmişdir. 08 dekabr 2017-ci ilin tarixdə 901 saylı məktubda notariat kontorunun notariusu Əlixan Şirinov ona bildirmişdir ki, Daşınmaz Əmlakın özgəninkiləşdirilməsi ilə həmin daşınmaz əmlakın qeydiyyatında olanların razılıq ərizələrinin notariat qaydada təsdiqi vacibdir. xx.xx.2017-ci il tarixdə ünvan 2una gələrək 7E-17167 reyestrlə təsdiq etdiyim ərizədə qeydiyyatında olduğu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 fərdi yaşayış evinin bağışlanmasına etiraz etdiyini və həmin razılıq ərizəsini imzalamaqdan imtina etdiyini bildirmişdir. Notariat hərəkətinin aparılmasına yol verilmədiyindən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. X2 cavabdeh Şirvan şəhər 01 saylı Notariat Kontoruna qarşı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy Zərdabi küçəsi 47 ünvanında yerləşən evin qeydiyyatında olan şəxsin razılığı olmadan bağışlanma müqaviləsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-975/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Şirvan şəhər 01 saylı Notariat kontorunun üzərinə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 4 evin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı Əlixan oğlunun razılığı olmadan mülkiyyətçi X20 tərəfindən X13 bağışlaması müqaviləsini təqsdiq etmə notariat hərəkətlərinin aparılması öhdəliyi qoyulması qət edilmişdir. X5 Cavabdeh2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. X7, anası X8, qardaşları X21 və X17 vəfat etmişlər. X21 xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra həyat yoldaşı Cavabdeh2 mübahisəli ünvanda qeydiyyatda qalmaqla Bakı şəhərinə köçüb yaşayır. Mərhumların vəfatından sonra miras qalmış əmlakı faktiki qəbul etmişdir. Vərəsələrin ölümündən sonra cavabdeh qeydiyyatda olub yaşadıqları fərdi yaşayış evini öz adına rəsmiləşdirmək istəyir. Ancaq mübahisəli ev atası tərəfindən bağışlanma müqaviləsi əsasında mərhum X5nun adına rəsmiləşdirilmiş olsa da belə, valideyinlərinin birgə nikahları dövründə əldə etdikləri miras qalmış əmlak kimi mübahisəli ev üzrə pay sahibidir. Lakin hazırda Cavabdeh2 Şirvan şəhər Notariat kontoruna müraciət edərək vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat ofisinə tərəfindən ərizə ilə müraciət edilmişdir. Qanunvericiliyə əsasən mərhum atasının və anasının vərəsələri ondan miras qalmış əmlak üzrə pay sahibi hesab olunurlar. Mübahisə məhkəmədən kənar qaydada həll olunmadığından cavabdehə qarşı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 4 evin X7 və anası X1 miras qalmış hissədən vərəsə olaraq ona çatan pay tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaya mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 4 fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin fərdi yaşayış evi məhrum yoldaşı X13 məxsusdur. Cavabdeh ünvan 5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şirvan şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli kitabında 454 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli kitabında 34 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli kitabında 85 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(032)- 975/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdeh Şirvan şəhəri 1 saylı Notariat Kontorunun üzərinə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 evin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı Əlixan oğlunun razılığı olmadan mülkiyyətçi X20 tərəfindən X13 bağışlanması müqaviləsini təsdiq etmə notariat hərəkətlərinin aparılması öhdəliyinin qoyulması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(106)-2549/2018 saylı qətnaməsinin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(032)-975/2018 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(032)-975/2018 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı Əlixan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4Ə-124 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X6 şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 135.2 kv.metr olan fərdi yaşayış evini X13 bağışlamışdır. İş materiallarında olan Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 fərdi yaşayış evi X12 xx.xx.2024-cü il tarixdən xüsusi mülkiyyət kimi adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 ünvan 5 ünvanlanmış **********015 nömrəli ərizəsindən görünür ki, mirasın tərkibinə daxil olan Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə ona bütövlükdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırda iddiaçı X7 və anası X4 birgə nikahları dövründə əldə etdikləri Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 4 fərdi yaşayış evin mərhum atası və anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın hissəsinin müəyyən edilməli olduğunu iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X21 qardaşdırlar. Mübahisə predmeti olan Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 fərdi yaşayış evi iddiaçının X2 mülkiyyətində olmuşdur. Mübahisəli əmlak X20 tərəfindən sağlığında könüllü iradə ifadəsi ilə oğlu X13 bağışlanmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Həsənbəy ünvan 4 fərdi yaşayış evinin miras əmlak kütləsi olduğunu iddia etsə də, bu hala dair məhkəməyə sübut təqdim edilməmişdir. Əksinə qeyd oluduğu kimi mübahisəli əmlakın digər şəxsin, yəni X12 mülkiyyətində olan əmlak olması aşkar edilmişdir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı, mübahisəli əmlakın iddiaçının valideynlərindən miras qalmış əmlak olmaması iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 5 qarşı X7 və anası X4 birgə nikahları dövründə əldə etdikləri Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy ünvan 4 fərdi yaşayış evin mərhum atası və anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın hissəsinin müəyyən edilərək verilməsinə dair iddiası təmin edilməsin. Məhkəmə həmçinin tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədə müvafiqliyini izah edir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar