Məhkəmə qərarları › İş №e-2(032)-1383/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1383/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1383/2023 24.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli R0052507 saylı alqı-satqı müqaviləsi üzrə 264 manat məbləğində əsas borcun, 26 manat məbləğində cərimənin pulun tutulmasını və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir.. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlamınş 20nkSLY/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 646 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş iddia ərizəsində göstərilmiş Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 40, mənzil 7 saylı evə poçt vasitəsilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir. İş üzrə əlavə araşdırmanın zərurəti yarandığından, Cavabdeh ölməsini təsdiq edən sənədlər tələb edilməli olduğundan Şirvan şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə material iddia icraatına keçmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə bildiriş İddiaçı MMC-nin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq nümayəndə məhkəmə icasına gəlməmiş, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən iş üzrə iddia ərizəsinin geri qaytarılmasına dair ərizə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı MMCnin nümayəndəsi iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170,263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar