Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1413/2025 23.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə Şirvan şəhəri, Şirvan Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə ixlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli SRK16800 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 470 manat 42 qəpik əsas borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış SRK16800 saylı xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 2086.42 manat dəyərində nisyə aldığı mala görə 100 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1986.42 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1986.42 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 470.42 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şirvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixində bağladığı SRK16800 saylı nisyə alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC-dən ümumi dəyəri 1986.42 AZN olan televizor, blender və hədiyyə kartına görə 100 AZN ilkin ödəniş etməklə 18 ay müddətində, hər ay 110 AZN ödəmək şərti ilə əldə etmişdir. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış R-16/19 saylı, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş R-xx/xx-0153 saylı, xx.xx.2021-ci il tarixli saziş üzrə "xxxx" MMC Cavabdeh qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Bu barədə Cavabdeh tələbin “Ferrum Kapital QSC”-yə keçdiyini göstərən bildiriş verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş, "xxxx" MMC-dən nisyə əldə etdiyi məhsullardan olan “Samsung” markalı televizorun 2022-ci ilin noyabr ayında nasaz vəziyyətə düşməsi səbəbini əsas gətirərək iddia tələbini qəbul etməmişdir. Cavabdehin televizorun texniki qüsuru ilə bağlı fikirlərinə münasibət olaraq, qeyd etmək istəyir ki, alıcı bütün bunları təsdiq edən hər hansı əsaslı sübut (servis, ekspert rəyi və s.) məhkəməyə təqdim etməmiş, onlara rəsmi şəkildə müraciət ünvanlanmamışdır. Belə ki, cavabdeh tərəfindən əldə edilmiş məhsulun qüsurlu olması, qüsurlu olduğu halda həmin qüsurun nə vaxt yaranması və yaranma səbəbi barədə heç bir qüsur aktı təqdim edilməmişdir. Əlavə olaraq, təhvil-təslim aktından da görünür ki, cavabdeh məhsulu istifadəyə tam yararlı şəkildə təhvil almış, təxminən 1 ilə yaxın müddət ərzində istifadə etdikdən sonra televizor nasaz vəziyyətə düşmüşdür. Bu isə ona ehtimal verir ki, cavabdeh tərəfindən əşyanın istismar qaydalarına düzgün riayət olunmamışdır. Belə olan halda isə malın qüsurunu aradan qaldırmaq alıcının öhdəliyidir. Nəticə olaraq, bu situasiya müqavilədən yaranan öhdəliyinin icrasını dayandırmağa əsas verməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1 və 588.2-ci maddələrinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 10-cu bəndində də satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələblərinin təmin olunmaması göstərilmişdir. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış R-16/19 saylı, xx.xx.2019cu il tarixli faktorinq müqaviləsinin 3.2-ci maddəsinin “k” bəndinə əsasən “Faktor müştəri ilə borclu arasında hər hansı bir razılaşmadan irəli gələn mübahisəli məsələlərə görə məsuliyyət və öhdəlik daşımır”. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, Cavabdeh tərəfindən verilmiş etirazın rədd edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. onun iddiaçı ilə deyil, "xxxx"MMC ilə xx.xx.2021-ci il tarixli, SRK16800 nömrəli nisyə alğı-satqı müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən o, "Optikmal Elektronika MMC-dən 2086,42 manat dəyərində televizor götürmüşdür. Nisyə aldığı mala görə ilkin olaraq 100 manat ödəmiş, sonradan isə aybaay 110 manat ödəniş etmişdir. 2022-ci ilin noyabr ayında televizor xarab olduğu üçün "xxxx"MMC-yə müraciət etmiş və noyabr-dekabr aylarında da dəfələrlə gedib şifahi olaraq müraciət etsə də, gəlib televizoru düzəltməmişlər. 2023-cü ilin aprel ayınadək aylığı ödəmişdir. Həmin vaxtdan da ödəniş etməmişdir. Onun kreditə götürdüyü televizor işlək vəziyyətdə olmadığı üçün aylığı ödəməmişdir. Əgər iddiaçı onun kreditə götürmüş olduğu televizoru təmir edib, ona verərsə, o da kredit borcunu ödəməyə hazırdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını, iddiaçının nümayəndəsinin ərizəsini və işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SRK16800 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin 3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”ya siyahısı Təhvil-təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı (bundan sonra “Mal” satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcı”ya ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli SRK16800 saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə Əlavə 1-də göstərilir ki, Cavabdeh 100 manat ilkin ödəniş etməklə, 01 ədəd “Samsung UE50AU7100UXRU” televizoru, 01 ədəd “X2 Set Red” blenderi və Hədiyyə kartını cəmi 2086 manat 42 qəpiyə, ayda 110 manat olmaqla 18 ay müddətinə nisyə alğı-satqı etmişdir. İş materiallarında olan Təhvil-təslim Aktından görünür ki, 01 ədəd “Samsung UE50AU7100UXRU” televizor, 01 ədəd “X2 Set Red” blender və Hədiyyə kartı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli müqaviləyə əsasən Ferrum Kapital MMC ilə Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1986 manat 42 qəpik məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2022-ci il tarixində 32 manat, xx.xx.2022-ci il tarixində 110 manat, xx.xx.2023-cü il tarixində 110 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 48 manat, xx.xx.2023-cü il tarixində 16 manat olmaqla, ümumilikdə 1516 manat ödəniş etmiş, 470 manat 42 qəpik əsas borcu qalmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə 470 manat 42 qəpik əsas borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında etibarlı hissə-hissə ödəmə şərtilə nisyə alğı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh onu xx.xx.2021-ci il tarixli SRK16800 saylı nisyə alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən İddiaçı QSC verilmiş əşyanın ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 470 manat 42 qəpik məbləğində pul alınaraq İddiaçı QSC-yə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 0,40 qəpik xidmət haqqından ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli SRK16800 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 470 manat 42 qəpik məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat və 0,40 qəpik məbləğində xidmət haqqı alınaraq İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-1413/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1413/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver