Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1473/2024 28.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə , İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul ” tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 299 manat 73 qəpik məbləğində sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 329 manat 73 qəpik məbləğində pulun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı RAZ********** saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsi ilə İddiaçı ASC-də sığorta təminatı almış və ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisənin cavabdehə məxsus 65 saylı mənzildən su axması nəticəsində baş verməsi faktı Yasamal rayonu 61 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli aktında öz əksini tapmışdır. CFİ-0180/2023-Akt1864/23 saylı sığorta aktına əsasən 299.73 (iki yüz doxsan doqquz manat, yetmiş üç ) manat məbləğində sığorta ödənişi sığortalı X1 bank hesabına köçürülmüşdür. Şirvan şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə iddiaçı "xxxx" ASC-yə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə icasına gəlməmiş, "xxxx" ASCnin nümayəndəsi X2 Cavabdeh borcu tam şəkildə ödədiyindən iddiadan imtina edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı "xxxx" ASCnin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsi barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən ExpressPay ödəniş sistemi vasitəsi ilə 30 (otuz) manat məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı "xxxx" ASC tərəfindən ExpressPay ödəniş sistemi vasitəsi ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1473/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1473/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver