Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1525/2025 18.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********55606 SAMSUNG GALAXY A25 markalı telefon üçün 676.56 (altı yüz yetmişa ltı manat, 56 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 67.66 (altmış yeddi manat, 66 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Hoffmann, şirəçəkən Senco üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********21222 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 336.16 (üç yüz otuz altı manat, 16 qəpik) manat ödənilməmiş hissə, 33.62 (otuz üç manat, 62 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İMEİ KODU **********37240 HUAWEİ NOVAY 72 markalı telefon üçün 293.26 (iki yüz doxsan üç manat, 26 qəpik) manat ödənilməmiş hissə, 29.33 (iyirmi doqquz manat, 33 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ətçəkən BOSCH üçün 219.99 (iki yüz on doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, ümumilikdə 2362.17 manat borc, 43.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********55606 SAMSUNG GALAXY A25 markalı telefon, Paltaryuyan Hoffmann , şirəçəkən Sencor, İMEİ KODU **********21222 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İMEİ KODU **********37240 HUAWEİ NOVA Y72 markalı telefon, ətçəkən BOSCH almış və nəticədə 2362.17 (iki min üç yüz altmış iki manat 17 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 750 (yeddi yüz əlli) manat (12 ay x 62.50 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********55606 SAMSUNG GALAXY A25 markalı telefon üçün ümumilikdə, 767.82 (yeddi yüz altmış yeddi manat, 82 qəpik) manat olmaqla ondan, 676.56 (altı yüz yetmişa ltı manat, 56 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 67.66 (altmış yeddi manat, 66 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 980.01 (doqquz yüz səksən manat, 01 qəpik) manat (9 ay x 108.89 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Hoffmann , şirəçəkən SENCOR üçün ümumilikdə, 660 (altı yüz altmış) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 (altmış) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550.08 (beş yüz əlli manat, 08 qəpik) manat (18 ay x 30.56 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********21222 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 369.78 (üç yüz altmış doqquz manat, 78 qəpik) manat olmaqla ondan, 336.16 (üç yüz otuz altı manat, 16 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.62 (otuz üç manat, 62 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.88 (dörd yüz yetmiş doqquz manat, 88 qəpik) manat (18 ay x 26.66 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İMEİ KODU **********37240 HUAWEİ NOVAY 72 markalı telefon üçün ümumilikdə, 322.59 (üç yüz iyirmi iki manat, 59 qəpik) manat olmaqla ondan, 293.26 (iki yüz doxsan üç manat, 26 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.33 (iyirmi doqquz manat, 33 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 528.78 (beş üyz iyirmi səkkiz manat, 78 qəpik) manat (6 ay x 73.33 manat + 88.80 manat ilkin ödəniş) olan ətçəkən BOSCH üçün ümumilikdə, 241.99 (iki yüz qırx bir manat, 99 qəpik) manat olmaqla ondan, 219.99 (iki yüz on doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1162.78 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18555618 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 980.01 manat paltaryuyan Hoffmann, şirəçəkən SENCOR Cavabdeh nisyə satılmış və cavabdeh 9 ay müddətində ödəniş cədvəli üzrə hər ay 108.89 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03747736 saylı müqavilə görünür ki, alğı-satqı qiyməti 750 manat SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********55606 SAMSUNG GALAXY A25 markalı mobil telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 62.50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03216814 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 550.08 manat İMEİ KODU **********21222 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30.56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10757287 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 479.88 manat QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İMEİ KODU **********37240 HUAWEİ NOVAY72 markalı telefon, Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 26.66 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13408000 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 528.78 manat olan ətçəkən BOSCH üçün, Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 73.33 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 676.56 manat ödənilməmiş hissə və 67.66 manat dəbbə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 600 manat ödənilməmiş hissə və 60.00 manat dəbbə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 336.16 manat ödənilməmiş hissə və 33.62 manat dəbbə borcu vardır İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 293.26 manat ödənilməmiş hissə və 29.33 manat dəbbə borcu vardır İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024cü il, tarixli müqavilə üzrə 219.99 manat ödənilməmiş hissə və 22.00 manat dəbbə borcu vardır İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İMEİ KODU **********55606 SAMSUNG GALAXY A25 markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Lahiyələr mərkəzinə 23.60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə elektron avadanlıqlar satılmış, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 676.56 manat, 600 manat, 336.16 manat, 293.26 manat və 219.99 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, dəbbə (cərimə) pulu yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü iı tarixli müqaviləyə əsasən 6 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 6 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu tutulmalıdır. İddia tələbinin İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03747736 saylı müqaviləyə əsasən sonuncuya İMEİ KODU **********55606 olan SAMSUNG GALAXY A25 markalı mobil telefon satılmışdır. Həmin müqavilə predmeti olan mobil telefonun aktivləşdirilməsi ilə bağlı satıcı "xxxx" MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23.6 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 43.63 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 43.63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18555618 saylı müqaviləsinə əsasən paltaryuyan Hoffmann, şirəçəkən SENCOR üçün ödənilməmiş 600 manat əsas, 6 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 03747736 saylı müqaviləsinə əsasən SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********55606 SAMSUNG GALAXY A25 markalı telefon üçün ödənilməmiş 676.56 manat əsas, 6 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 03216814 saylı müqaviləsinə əsasən İMEİ KODU **********21222 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ödənilməmiş 336.16 manat əsas, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 10757287 saylı müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İMEİ KODU **********37240 HUAWEİ NOVAY72 markalı telefon üçün ödənilməmiş 293.26 manat əsas, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 13408000 saylı müqaviləsinə əsasən Ətçəkən Bosch üçün ödənilməmiş 219.99 manat əsas, 2 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 43.63 manat pul olmaqla, cəmi 2213,20 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1525/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1525/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver