Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1667/2025 20.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********76525 X5 14 markalı telefon, Vinil mat, X7 6, Paket XXL xidməti, X4 3 il xidməti üçün 770 manat 52 qəpik ödənilməmiş hissə və 77 manat 05 qəpik cərimə olmaqla, ümumilikdə 847 manat 57 qəpik borc, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********84604 X5 14 markalı telefon, Vinil mat, X7 6, X4 3 il xidməti, Paket XL xidməti üçün 770 manat 52 qəpik ödənilməmiş hissə, 23 manat 60 qəpik X2 rüsumu və 77 manat 05 qəpik cərimə olmaqla, ümumilikdə 871 manat 17 qəpik borc, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, X3, X4 2 il üçün 181 manat 95 qəpik ödənilməmiş hissə və 18 manat 20 qəpik cərimə, ümumilikdə 200 manat 15 qəpik borc, ümumilikdə hər üç müqavilə üzrə 1918 manat 89 qəpik və 39 manat 19 ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********76525 X5 14, VİNİL MAT, X6 6, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********84604 X5 14, VİNİL MAT, X6 6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, KİESLECT CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və nəticədə 1918 manat 89 qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 770 manat 52 qəpik olan İmei kod **********76525 X5 14, VİNİL MAT, X6 6, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 847 manat 57 qəpik olmaqla ondan, 770 manat 52 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77 manat 50 qəpik cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 770 manat 52 qəpik olan İmei kod **********84604 X5 14, VİNİL MAT, X6 6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti üçün ümumilikdə, 871 manat 17 qəpik olmaqla ondan, 770 manat 52 qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, müştəriyə güzəşt olunaraq 77 manat 50 qəpik cərimə; xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 181 manat 95 qəpik olan KİESLECT CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 200 manat 15 qəpik olmaqla ondan, 181 manat 95 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat 20 qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına olan: xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin 2.1-ci və 5.1-ci bəndinə əsasən, 10 il müddət ərzində müştərinin həyata keçirəcəyi növbəti sifarişlər zamanı bu müqavilə şərtləri eyni tətbiq edilərək malın hansı formada sifariş verilməsi müştərinin seçimindən aslıdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ********** mobil nömrəsi cavabdehin istifadəsindədir. Cavabdeh həmçinin bu mobil nömrədən göndərilən SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS-lər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. xx.xx.2025-ci il tarixli müqaviləyə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəyə əsasən əsasən, cavabdeh “imei kod **********84604 X5 14”, “Vinil Mat”, “X6 6”, “X4 3 il” xidməti, “Paket XL” xidməti almış və nəticədə 770 manat 53 qəpik borcu yaranmışdır. Əşyaların təhvil-təslim aktına əsasən ********** nömrəli müqavilə üzrə “imei kod **********84604 X5 14”, “Vinil Mat”, “X6 6”, “X4 3 il” xidməti, “Paket XL” xidməti tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli ATL SMS şirkətinin sistemindən SMS göndəriş hesabatının çıxarışından görünür ki, **********28 mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə SMS çatdırılıb və xx.xx.2025-ci il tarixli ********** saylı müqaviləyə əsasən ********* faktura ilə “imei kodu **********76525 X5 14 markalı telefon”, “Vinil mat”, “X7 6”, “Paket XXL xidməti”, “X4 3 il” xidməti cavabdehin adına sənədləşdirilmişdir. Əşyaların təhvil-təslim aktına əsasən ********** nömrəli müqavilə üzrə “imei kodu **********76525 X5 14 markalı telefon”, “Vinil mat”, “X7 6”, “Paket XXL xidməti”, “X4 3 il” xidməti tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli ATL SMS şirkətinin sistemindən SMS göndəriş hesabatının çıxarışından görünür ki, **********28 mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə SMS çatdırılıb və xx.xx.2025-ci il tarixli ********** saylı müqaviləyə əsasən ********* faktura ilə “Kieslact Calling VVatch KS Pro Silver”, “Smart saatın quraşdırılması”, “X4 2 il” xidməti cavabdehin adına sənədləşdirilmişdir. Əşyaların təhvil-təslim aktına əsasən ********** nömrəli müqavilə üzrə “Kieslact Calling VVatch KS Pro Silver”, “Smart saatın quraşdırılması”, “X4 2 il” xidməti tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, imei kodu **********84604 X5 14 markalı telefonun açılıb bağlanması xidmətinə görə, X1 23 manat 60 qəpik pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 770 manat 52 qəpik əsas və 77 manat 05 qəpik cərimə borcu, ümumilikdə 847 manat 57 qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 770 manat 52 qəpik əsas, 23 manat 60 qəpik X2 rüsumu və 77 manat 05 qəpik cərimə borc, ümumilikdə 871 manat 17 qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 181 manat 95 qəpik əsas və 18 manat 20 qəpik cərimə borc, ümumilikdə 200 manat 15 qəpik borcu olmalqa, ümumilikdə hər üç müqavilə üzrə 1918 manat 89 qəpik borc hesablanmışdır. Mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 manat 19 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 770 manat 52 qəpik əsas və 77 manat 05 qəpik cərimə borcu, ümumilikdə 847 manat 57 qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 770 manat 52 qəpik əsas, 23 manat 60 qəpik X2 rüsumu və 77 manat 05 qəpik cərimə borcu, ümumilikdə 871 manat 17 qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdehin 181 manat 95 qəpik əsas və 18 manat 20 qəpik cərimə borcu, ümumilikdə 200 manat 15 qəpik borcu olmalqa, ümumilikdə hər üç müqavilə üzrə 1918 manat 89 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 77 (yetmiş yeddi) manat 05 (beş) qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 (on) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 77 (yetmiş yeddi) manat 05 (beş) qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 (on) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 18 (on səkkiz) manat 20 (iyirmi) qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 5 (beş) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39 (otuz doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat 52 (əlli iki) qəpik əsas və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 780 (yeddi yüz səksən) manat 52 (əlli iki) qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat 52 (əlli iki) qəpik əsas, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X2 rüsumu və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 804 (səkkiz yüz dörd) manat 12 (on iki) qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 181 (yüz səksən bir) manat 95 (doxsan beş) qəpik əsas və 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 186 (yüz səksən altı) manat 95 (doxsan beş) qəpik borc, ümumilikdə hər üç müqavilə üzrə 1771 (min yeddi yüz yetmiş bir) manat 59 (əlli doqquz) qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 (otuz doqquz) manat 19 (on doqquz) qəpik pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat 52 (əlli iki) qəpik əsas və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 780 (yeddi yüz səksən) manat 52 (əlli iki) qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat 52 (əlli iki) qəpik əsas, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X2 rüsumu və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 804 (səkkiz yüz dörd) manat 12 (on iki) qəpik borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 181 (yüz səksən bir) manat 95 (doxsan beş) qəpik əsas və 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 186 (yüz səksən altı) manat 95 (doxsan beş) qəpik borc, ümumilikdə hər üç müqavilə üzrə 1771 (min yeddi yüz yetmiş bir) manat 59 (əlli doqquz) qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 (otuz doqquz) manat 19 (on doqquz) qəpik pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1667/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1667/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver