Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1687/2024 21.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 04031409 saylı müqaviləyə əsasən Manhattan-Yumşaq-3 yerli markalı mebel əşyası, LOFT GOLD yataq çarpayı, Avropa-Yumşaq Künc markalı mebel əşyası, Boy Aynası, LOFT yataq Tumba 2 ədəd matrası Standart, Papellon divar kağızı 6 ədəd üçün 3405,2 manat ödənilməmiş hissə, 340,8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən Aspirator Electrolux, Plitə Hansa üçün 225,33 manat ödənilməmiş hissə, 22,67 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə 3994 manat və 59,94 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04031409 saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilələrə əsasən cavabdeh LOFT GOLD yataq çarpayı, Avropa-Yumşaq Künc markalı mebel əşyası, Boy Aynası, LOFT yataq Tumba 2 ədəd matrası Standart, Papellon divar kağızı 6 ədəd, Aspirator Electrolux, Plitə Hansa almış və nəticədə 3994 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 5719,2 manat (24 ay x 238,3 manat + 0 manat ilkin ödəniş) Manhattan-Yumşaq-3 yerli markalı mebel əşyası, LOFT GOLD yataq çarpayı, Avropa- Yumşaq Künc markalı mebel əşyası, Boy Aynası, LOFT yataq Tumba 2 ədəd matrası Standart, Papellon divar kağızı 6 üçün ümumilikdə 3746 manat olmaqla, ondan 3405,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 340,8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 854,82 manat (18 ay x 47,49 manat + 0 manat ilkin ödəniş) Aspirator Electrolux, Plitə Hansa üçün ümumilikdə 248 manat olmaqla, ondan 225,33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,67 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2943,49 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 04031409 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 5719,2 manat olan Manhattan-Yumşaq-3 yerli markalı mebel əşyası, LOFT GOLD yataq çarpayı, Avropa-Yumşaq Künc markalı mebel əşyası, Boy Aynası, LOFT yataq Tumba 2 ədəd matrası Standart, Papellon divar kağızı 6 ədəd Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 238,3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 854,82 manat olan Aspirator Electrolux, Plitə Hansa Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 47,49 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 04031409 saylı müqavilə üzrə 3405,2 manat ödənilməmiş hissə və 340,8 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 225,33 manat ödənilməmiş hissə, 22,67 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satğı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satğı müqavilələrinə əsasən cavabdehə əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 04031409 saylı müqaviləsinə əsasən 3405,2 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləsinə 225,33 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 04031409 saylı müqaviləyə əsasən 3405,2 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 30 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 225,33 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 8 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 59,94 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 59,94 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli, 04031409 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 3405,2 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən 225,33 manat ödənilməmiş hissə, 8 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 59,94 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04031409 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 3405,2 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən 225,33 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə 3668,53 manat və ödənilmiş dövlət rüsumuna görə 59,94 manat, alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1687/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1687/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver