Məhkəmə qərarları › İş №e-2(032)-1822/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1822/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1822/2024 24.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Gaming Headset qulaqlıq, İMEİ KODU **********76299 X2 A7 markalı planşet üçün 687 manat 40 qəpik ödənilməmiş hissə, 68 manat 60 qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən uşaq arabası Chicco üçün 430 manat 80 qəpik ödənilməmiş hissə, 43 manat 20 qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoverboard 65 üçün 186 manat 40 qəpik ödənilməmiş hissə, 18 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Huaweı Band 6 qol saatı, Borofone Be28 qulaqlıq üçün 95 manat 50 qəpik ödənilməmiş hissə, 9 manat 50 qəpik cərimə olmaqla, ümumilikdə 1540 manat borc və 35 manat 40 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrə əsasən Gaming Headset qulaqlıq, İMEİ KODU **********76299 X2 A7 markalı planşet, X1, Hoverboard 6h5, Huaweı Band 6 qol saatı, Borofone Be28 qulaqlıq 2 ədəd lmış və nəticədə 1540 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 752 manat 40 qəpik olan Gaming Headset qulaqlıq, İMEİ KODU **********76299 X2 A7 markalı planşetüçün ümumilikdə 756 manat olmaqla ondan, 687 manat 40 qəpik ödənilməmiş hissə, 68 manat 60 qəpik cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 430 manat 80 qəpik olan X1 üçün 474 manat olmaqla ondan, 430 manat 80 qəpik ödənilməmiş hissə, 43 manat 20 qəpik cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 452 manat 40 qəpik olan Hoverboard 65 üçün 205 manat olmaqla ondan 186 manat 40 qəpik ödənilməmiş hissə, 18 manat 60 qəpik cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 292 manat 50 qəpik Huaweı Band 6 qol saatı, Borofone Be28 qulaqlıq 2 ədəd üçün 105 manat olmaqla ondan 95 manat 50 qəpik ödənilməmiş hissə, 9 manat 50 qəpik cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 528 manat təşkil edir. Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2022-ci ildir. Cavabdehlə aralarında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 452 manat 40 qəpik təşkil edən Hoverboard 65-in alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən 23202786 nömrəli alqı-satqı müqaviləsi üzrə Hoverboard 65 tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 292 manat 50 qəpik təşkil edən Huaweı Band 6 qol saatı, Borofone Be28 qulaqlığın alqısatqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən 23281177 nömrəli alqı-satqı müqaviləsi üzrə Huaweı Band 6 qol saatı, Borofone Be28 qulaqlıq tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 751 manat 56 qəpik təşkil edən Gaming Headset qulaqlıq, İMEİ KODU **********76299 X2 A7 markalı planşetin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Gaming Headset qulaqlıq, İMEİ KODU **********76299 X2 A7 markalı planşet tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 430 manat 80 qəpik təşkil edən uşaq arabası Chicconun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən 09441667 nömrəli alqı-satqı müqaviləsi üzrə uşaq arabası Chicco tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun cavabdehin tərəf olduğu müqavilələr üzrə ümumilikdə 1540 manat borcu hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən əşyaların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, cavabdehin tərəf olduğu müqavilələr üzrə ümumilikdə 1540 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 20 (iyirmi) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 (on) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 5 (beş) manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 3 (üç) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat 40 (qırx) qəpik dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 687 (altı yüz səksən yeddi) manat 40 (qırx) qəpik əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 430 (dörd yüz otuz) manat 80 (səksən) qəpik əsas, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 186 (yüz səksən altı) manat 40 (qırx) qəpik əsas, 5 (beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 95 (doxsan beş) manat 50 (əlli) qəpik əsas, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1438 (bir min dörd yüz otuz səkkiz) manat 10 (on) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat 40 (qırx) qəpik pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 687 (altı yüz səksən yeddi) manat 40 (qırx) qəpik əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 430 (dörd yüz otuz) manat 80 (səksən) qəpik əsas, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 186 (yüz səksən altı) manat 40 (qırx) qəpik əsas, 5 (beş) manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 95 (doxsan beş) manat 50 (əlli) qəpik əsas, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1438 (bir min dörd yüz otuz səkkiz) manat 10 (on) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat 40 (qırx) qəpik pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar