Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1888/2025 06.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, l oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakda qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünmə” tələbinə dair işin məhkəmə baxışına hazırlanması açıq məhkəmə iclasında işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakda qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakda qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :
Məhkəmə qərarları › İş №e-2(032)-1888/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1888/2025
06.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver