Məhkəmə qərarları › İş №e-2(032)-1966/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1966/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1966/2025 12.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən kombi hoffmann, qızıl zəmanət ultra 2 il xidməti üçün 756 manat 26 qəpik ödənilməmiş hissə, 75 manat 63 qəpik cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən imei kodu **********26484 ıphone 16 pro markalı telefon, apple adapter üçün 2320 manat 72 qəpik ödənilməmiş hissə, X1 ödənilən 23 manat 60 qəpik və 232 manat 07 qəpik cərimə olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3408 manat 28 qəpik borc və 54 manat 09 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən imei kodu **********26484 iphone 16 pro markalı telefon, apple adapter, kombi hoffmann, qızıl zəmanət ultra 2 ıl xidməti almış və nəticədə 3408 manat 28 qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3374 manat 08 qəpik (12 ay x 257,84 manat + 280 manat ilkin ödəniş) olan imei kodu **********26484 ıphone 16 pro markalı telefon, apple adapter üçün ümumilikdə, 2576 manat 39 qəpik olmaqla ondan, 2320 manat 72 qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, güzəşt olunaraq 232 manat 07 qəpik cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1238 manat 94 qəpik (18 ay x 68,83 manat + 0 manat ilkin ödəniş) olan kombi hoffmann, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 831 manat 89 qəpik olmaqla ondan, 756 manat 26 qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 75 manat 63 qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1536,04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 1238 manat 99 qəpik təşkil edən kombi hoffmann, qızıl zəmanət ultra 2 il xidməti alqısatqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə kombi hoffmann, qızıl zəmanət ultra 2 il xidməti tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 3374 manat 08 qəpik təşkil edən imei kodu **********26484 ıphone 16 pro markalı telefon, apple adapter alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə imei kodu **********26484 ıphone 16 pro markalı telefon, apple adapter qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, imei kodu **********26484 ıphone 16 pro markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə, X1 23 manat 60 qəpik pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2320 manat 72 qəpik əsas, 23 manat 60 qəpik X2 rüsumu, 232 manat 07 qəpik cərimə borcu cəmi 2576 manat 39 qəpik; xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə ödənilməmiş 756 manat 26 qəpik əsas, 75 manat 63 qəpik cərimə, cəmi 831 manat 89 qəpik borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə 3408 manat 28 qəpik borc təşkil edir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 54 manat 09 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən əşyaların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, cavabdehin tərəf olduğu müqavilələr üzrə ümumilikdə 3408 manat 28 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 75 manat 63 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat məbləğində müəyyən edilməsini, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 232 manat 07 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 54 (əlli dörd) manat 09 (doqquz) qəpik rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 756 (yeddi yüz əlli altı) manat 26 (iyirmi altı) qəpik əsas, 10 (on) manat cərimə, cəmi 766 (yeddi yüz altmış altı) manat 26 (iyirmi altı) qəpik, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2320 (iki min üç yüz iyirmi) manat 72 (yetmiş iki) qəpik əsas, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X2 rüsumu və 20 (iyirmi) manat cərimə borcu, cəmi 2364 (iki min üş yüz altmış dörd) manat 32 (otuz iki) qəpik olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3130 (üç min yüz otuz) manat 58 (əlli səkkiz) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 54 (əlli dörd) manat 09 (doqquz) qəpik pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 756 (yeddi yüz əlli altı) manat 26 (iyirmi altı) qəpik əsas, 10 (on) manat cərimə, cəmi 766 (yeddi yüz altmış altı) manat 26 (iyirmi altı) qəpik,xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2320 (iki min üç yüz iyirmi) manat 72 (yetmiş iki) qəpik əsas, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X2 rüsumu və 20 (iyirmi) manat cərimə borcu, cəmi 2364 (iki min üş yüz altmış dörd) manat 32 (otuz iki) qəpik olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3130 (üç min yüz otuz) manat 58 (əlli səkkiz) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 54 (əlli dörd) manat 09 (doqquz) qəpik pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar