Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2038/2025 24.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********50504 Xiaomi 14T markalı telefon üçün 1341 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat, 134.10 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********77642 X1 14 Pro markalı telefon üçün 384.12 manat ödənilməmiş hissə, 50.72 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********39130 İnfınıx Note 40 markalı telefon üçün 379.71 manat ödənilməmiş hissə, 37.97 manat cərimə borcu olmaqla, ümumilikdə 2474.28 manat borc, 44.75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei Kodu **********50504 Xıaomı 14t markalı telefon, İmei Kodu **********77642 X1 14 Pro markalı telefon, İmei Kodu **********39130 İnfınıx Note 40 markalı telefon almvışə nəticədə 2474,28 (iki min dörd yüz yetmiş dörd manat, 28 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1341 (min üç yüz qırx bir) manat (18 ay x 74,5 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********50504 Xıaomı 14t markalı telefon üçün ümumilikdə, 1498,70 (min dörd yüz doxsaan səkkiz manat, 70 qəpik) manat olmaqla ondan 1341 (min üç yüz qırx bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 134,10 (yüz otuz dörd manat,10 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 798.96 (yeddi yüz doxsan səkkiz manat, 96 qəpik) manat (12 ay x 66,58 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********77642 X1 14 Pro markalı telefon üçün ümumilikdə 557,90 (beş yüz əlli yeddi manat, 90 qəpik) manat olmaqla ondan, 507,18 (beş yüz yeddi manat, 18 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,72 (əlli manat, 72 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 570,06 (beş yüz yetmiş manat, 06 qəpik) manat (18 ay x 31,67 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********39130 İnfınıx Note 40 markalı telefon üçün ümumilikdə, 417.68 (dörd yüz on yeddi manat, 68 qəpik) manat olmaqla ondan 379,71 (üç yüz yetmiş doqquz manat, 71 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,97 (otuz yeddi manat, 97 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 685881 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 1341 manat İMEİ kod **********50504 Xiaomi 14T markalı telefon, Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 74.5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 685881 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 798.96 manat İmei Kodu **********77642 X1 14 Pro markalı telefon, Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 66.58 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09633396 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 570.06 manat İmei Kodu **********39130 İnfınıx Note 40 markalı telefon, Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31.67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025ci il tarixli müqavilə üzrə 507.18 manat ödənilməmiş hissə və 50.72 manat dəbbə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1341 manat ödənilməmiş hissə və 134.10 manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 379.71 manat ödənilməmiş hissə və 37.97 manat dəbbə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İMEİ kod **********50504 Xiaomi 14T markalı telefona görə İnnovativ Lahiyələr mərkəzinə ümumilkdə 23.6 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdehə elektron avadanlıqlar və mobil telefon satılmış, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 1341 manat, 507.18 manat, 379.71 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, dəbbə (cərimə) pulu yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 13 manat dəbbə (cərimə) pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu tutulmalıdır. İddia tələbinin İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə mobil telefon satılmışdır. Həmin müqavilə predmeti olan mobil telefonun aktivləşdirilməsi ilə bağlı satıcı "xxxx" MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 23.6 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 44.75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 44.75 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 685881 saylı müqaviləsinə əsasən İMEİ kod **********50504 Xiaomi 14T markalı telefon üçün ödənilməmiş 1341 manat əsas, 13 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli, 685881 saylı müqaviləsinə əsasən İmei Kodu **********77642 X1 14 Pro markalı telefon üçün ödənilməmiş 507.18 manat əsas, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 09633396 saylı müqaviləsinə əsasən İmei Kodu **********39130 İnfınıx Note 40 markalı telefon üçün ödənilməmiş 379.71 manat əsas, 3 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat və ödənilmiş dövlət rüsumuna görə 44.75 manat pul olmaqla, cəmi 2317.24 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-2038/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2038/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver