Məhkəmə qərarları › İş №e-2(032)-2050/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2050/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2050/2025 12.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 8304 (səkkiz min üç yüz sıfır dörd) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alğı-satqısına dair xx.xx.2024cü il tarixli B-022-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilən avtomobil üçün ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə Alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra iki ayın ödənişini gecikdirməklə xx.xx.2024-cü il tarixli xəbərdarlıq nəticəsində xx.xx.2024-cü il tarixində iki aylıq ödəniş etdikdən sonra (mart və aprelayları üçün) heç bir ödəniş etməmişdir. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətində, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda cavabdehə “Skoda Kamiq 1.6 MPİ” markalı, ** YX *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X3 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Əsas borc, dəbbə məbləği və təmir aktının borcludan tutulması ilə bağlı Şirvan Şəhər Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2025ci il tarixli e-2(032)-393/2025 nömrəli Qətnaməsi ilə tələbimizin bir hissəsi təmin edilmişdir. Lakin bu Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-1152/2025 nömrəli qətnaməsi ilə iddiamız tam olaraq rədd edilmiş və həmin qətnamədən şikayət verilməsi də mümkün olmamışdır. Bu səbəbdən Şirkətimizə dəymiş real zərər bağlanmamış və əksinə sonradan şirkətimizin daha yuxarı ziyanda olduğu tərəfimizdən müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 15611 km yürüşü olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW6P3114860) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C-055-SA-24 nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 58,512.00 (əlli səkkiz min beş yüz on iki) manat müəyyən edilmişdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləriəhəmiyyətli rol daşıyır. xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satılqıdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcıməhkəmə yolu iləbu məbləği tələb edəcəkdir. Odur ki, cavadehCavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli B- 022-SA-24 saylı müqavilənin dəyəri 70,548.00 (yetmiş min beş yüz qırx səkkiz) manat, xx.xx.2024-cü il tarixli, C-055-SA-24 nömrəli ikinciəqdin dəyəri isə 58,512.00 (əlli səkkiz min beş yüz on iki) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən ümumilikdə 3732 manat aylıq ödəniş edilmişdir. Cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 70548 manat-ikinci müqavilə dəyəri 58512 manat = 12036 manat – ümumi ödənişlər 3732 manat = 8304 manat) Cavabdeh İddiaçı MMC-yə8304 (səkkiz min üç yüz sıfır dörd) manat borcu qalmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edirik ki, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (1-ci müqavilə dəyəri 70548 manatikinci müqavilə dəyəri 58512 manat = 12036 manat – ümumi ödənişlər 3732 manat = 8304 manat) 8304 (səkkiz min üç yüz sıfır dörd) manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə lazımi qaydada məlumat verilmiş, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarını onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli avtomobilin alğı-satqısı üzrə müqavilədən görünür ki, İddiaçı MMC-nin müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini Cavabdeh satmışdır. Avtonəqliyyat vasitəsinin dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüz əlli iki) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil edir. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli B-022-SA-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə xx.xx.2024-cü il tarixdə 1428 manat ilkin ödəniş, 580 manat DQN alınması və icbari sığorta ödənişi ödənilmişdir. xx.xx.2024-cü il tarixi üçün gecikdirilmiş məbləğ 3456 manat, cərimə məbləği 1380 manat təşkil edir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 1428 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 2304 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil, (yürüş :0 km) qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. xx.xx.2024-cü il tarixli, C-055-SA-24 nömrəli avtomobil alğı-satqısı üzrə müqavilədən görünür ki, İddiaçı MMC-nin müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini alıcı "xxxx" MMC (VÖEN : **********) satmışdır. Avtonəqliyyat vasitəsinin dəyəri 58512 (əlli səkkiz min neş yüz on iki) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 0 (sıfır) manat ödənilmiş, qalıq borc məbləği olan 58512 (əlli səkkiz min beş yüz on iki) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 48 (qərx səkkiz) ay müddətinə, ayda 1219 (bir min iki yüz on doqquz) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil (yürüş : 15.620 km) qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindənə görünür ki, 103 manat 10 qəpik məbləğində dövlət rüsumu iddiaçı «ABC-Telecom” MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 600.1-ci maddəsinə əssən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini Cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini , cavabdeh isə avtonəqliyyat vasitəsinin dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilmiş, müqaviləyə əsasən ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə imzalandıqdan sonra yanlız iki ay (mart və aprel ayları) ödəniş etmiş, avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarılan tarixə (xx.xx.2025-cü il) kimi heç bir aylıq ödəniş etməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən, iddiaçı xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmiş, cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, ** YX *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X3 tərəfindən saxlanıldıqdan sonra nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzimizə gətirilmiş və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobilə servis-təmir mərkəzində baxış keçirilmiş, ilkin baxış aktına əsasən, avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün kimyəvi təmizləmə, mühərrik təmzilənmə və cilalanma işləri aparılmış və avtomobil yenidən satışa çıxarılmışdır. Qeyd olunan avtomobil xx.xx.2024-cü il tarixli, C-055-SA-24 nömrəli, alğı-satqı müqaviləsinə əsasən hissə-hissə ödənilməklə 58512 (əlli səkkiz min beş yüz on iki) manata satılmışdır. İddiaçı hazırkı tələblə müraciət edərək, Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 8304 (1-ci müqavilə dəyəri 70548 manat - ikinci müqavilə dəyəri 58512 manat = 12036 manat –3732 manat (ümumi ödənişlər) = 8304 manat), 8304 manat pul vəsaitinin xeyrinə tutulmasını xahiş edir. Məhkəmə işin hallarını nəzərə alaraq, bu nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 8304 (səkkiz min üç yüz dörd) manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 103 (bir yüz üç) manat 10 (on) qəpik dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi 8304 (səkkiz min üç yüz dörd) manat və dövlət rüsumu üçün ödənilmiş 103 (bir yüz üç) manat 10 (on) qəpik məbləğində pul alınaraq İddiaçı MMC -yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi 8304 (səkkiz min üç yüz dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 103 (bir yüz üç) manat 10 (on) qəpik məbləğində pul alınaraq İddiaçı MMC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar