Məhkəmə qərarları › İş №e-2(032)-2084/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2084/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2084/2025 08.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Urbanista qulaqlıq xidməti üçün 67.5 manat ödənilməmiş hissə, 6.75 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Zəmanət 2 il, Soyuducu Bosch üçün 1866.06 manat ödənilməmiş hissə, 186.61 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Paket Xxxl Xidməti, X4 3 il xidməti, Vinil Mat, İmei Kod **********64295 İphone 13, Apple Adapter üçün 1202.26 manat ödənilməmiş hissə, 120.23 manat cərimə, ümumilikdə 3449.40 manat borc 54.50 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, Urbanısta qulaqlıq, Zəmanət + 2 il xidməti, Soyuducu Bosch, Paket Xxxl Xidməti, X4 3 il xidməti, Vinil Mat, İmei kod **********64295 İphone 13, Apple Adapter almış və nəticədə 3449.40 (üç min dörd yüz qırx doqquz manat 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 106 (yüz altı) manat (12 ay x 7.5 manat + 16 manat ilkin ödəniş) olan Urbanısta qulaqlıq üçün ümumilikdə, 74.25 (yetmişd örd manat 25 qəpik ) manat olmaqla ondan 67.5 (altmş yeddi manat 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.75 (altı manat 75 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1977.06 (bir min doqquz yüz yetmiş yeddi manat 6 qəpik) manat (18 ay x 103.67 manat + 111 manat ilkin ödəniş) olan zəmanət + 2 il xidməti, Soyuducu Bosch üçün ümumilikdə 2052.67 (iki min əlli iki m anat 67 qəpik) olmaqla ondan 1866.06 (bir min səkkiz yüz altmış altı manat 6 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 186.61 (yüz səksən altı manat 61 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1803.08 (bir min səkkiz yüz üç manat 8 qəpik) manat (12 ay x 133.59 manat + 200 manat ilkin ödəniş) olan Paket Xxxl Xidməti, X4 3 il xidməti, Vinil Mat, İmei kod **********64295 İphone 13, Apple Adapter üçün ümumilikdə 1322.49 (bi rmin üç yüz iyirmi iki manat 49 qəpik) manat olmaqla ondan 1202.26 (bir min iki yüz iki manat 26 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 120.23 (yüz iyirmi manat 23 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 750.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 106 manat olan Urbanista qulaqlıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 7.5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1977.06 manat olan Zəmanət 2 il, Soyuducu Bosch Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 103.67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1803.08 manat olan Paket Xxxl Xidməti, X43 İl Xidməti, Vinil Mat, İmei Kod **********64295 İphone 13, Apple Adapter saatı Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 133.59 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə 67.5 manat ödənilməmiş hissə və 6.75 manat dəbbə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1866.06 manat ödənilməmiş hissə və 186.61 manat dəbbə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1202.26 manat ödənilməmiş hissə və 120.23 manat dəbbə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə qulaqlıq satılmış, məişət əşyaları satılmış və cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilər üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 67.5 manat əsas və xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1866.06 manat əsas, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1202.26 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 67.5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 6.75 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1866.06 manat, məbləğində əsas borca münasibətdə cavabdehdən 186.61 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1202.26 manat, məbləğində əsas borca münasibətdə cavabdehdən 120.23 manat (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən 2 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 18 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 12 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 54.50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 54.50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Urbanista qulaqlıq xidməti üçün 67.5 manat ödənilməmiş əsas borc, 2 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Zəmanət 2 il, Soyuducu Bosch üçün 1866.06 manat ödənilməmiş əsas borc, 18 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Paket Xxxl Xidməti, X4 3 il Xidməti, Vinil Mat, İmei Kod **********64295 İphone 13, Apple Adapter 1202.26 manat ödənilməmiş əsas borc, 12 manat cərimə borcu olmaqla, ümumilikdə 3167.82 manat borc və 54.50 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar