Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-241/2024 08.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, iddiaçı “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti”-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti" Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat zərər məbləğinin və ödənilmiş 60 manat dövlət rüsumunun Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində, saat 23:00 radələrində Bakı şəhəri, Babək prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsus “LEXUS LX 570” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilinin yanında dayanmış X4 vuraraq nəticədə zərər dəymişdir. “TOYOTA PRİUS” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “LEXUS LX 570” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat, AR Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya MTE və PA ETT birliyinin xx.xx.2020-ci il tarixli, 808 saylı ekspert rəyindən görünür ki, X1 1500 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1500 və 2500 manat olmaqla ümumilikdə 4000 manat iddiaçı tərəfindən X3 oğlunun bank hesabına ödənilmişdir. Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 qəbul etdiyi xx.xx.2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərarından görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 263.1-1 (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması) və 264cü (CM 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması) maddələri ilə təqsiri sübuta yetirilmiş, lakin istintaqdan gizləndiyi üçün cinayət işinin icraatının dayandırılması haqqında qərar qəbul edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 28 aprel 2020-ci il tarixli, PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X6 ilə “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti” arasında xx.xx.2020-ci il tarixdə PXA********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X5 məxsus “Toyota Prius” minik markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatı barədə arayışdan görünür ki, Bakı şəhəri Nizami rayon Babək prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Mülkiyyətçisi X10 olan Cavabdeh idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 məxsus “LEXUS LX 570” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilinin yanında dayanmış X3 ağır zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “X15”MMC tərəfindən təqdim olunan aktdan görünür ki, “LEXUS LX 570” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat ziyan dəymişdir. İş materiallarında olan PXA69566 saylı Sığorta Aktından görünür ki, “X15”MMC tərəfindən təqdim olunan akta əsasən “LEXUS LX 570” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 808 saylı ekspert rəyindən görünür ki, S.T.Əliyevin almış olduğu xəsarətlər-sıxılma sindromu ilə müşayiət olunan sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş açıq sınığıbərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni 13 sentyabr 2020-ci il tarixdə piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarında olan PXA79660 saylı Sığorta Aktından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin ekspert rəyinə əsasən X1 1500 manat zərər dəymişdir. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim aktından və cari hesabdan çıxarışdan görünür ki, 1500 manat və 2500 manat olmaqla ümumilikdə 4000 manat “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti" tərəfindən X3 oğlunun bank hesabına ödənilmişdir. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli Cinayət işinin başlama və icaata qəbul etmək haqqında və 14 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında Qərarlardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində üzü Bakı ŞBRİ-si istiqamətində hərəkətdə olan Cavabdeh etibarnamə ilə idarə etdiyi Toyota Pirus markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ hissəsi ilə yolun sağ kənar hissəsində dayanmış vəziyyətdə olan X2 Lexus 570 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilini sol arxa tərəfdən və həmiçinin həmin avtomobilin arxasında dayanmış Saleh Əliyevi vuraraq sonuncunun sol ayağının sınığı ilə nəticələn sağlamlığına ağır zərər vurmaya aid xəsarətləri almasına səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Faktla ələqədar olaraq 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə cinayət işi başlanaraq icaata qəbul edilib istintaq aparılması qərara alınmışdır. Hal-hazırda istintaq zərurəti ilə əlaqədar olaraq şübhəli şəxs qismində Cavabdeh Füzuli oğlu dindirilməlidir. Lakin Cavabdeh bütün çağırışlardan yayınmışdır. İstintaqın gedişində Cavabdeh təqsiri sübuta yetirilmiş. O, istintaq orqanından yayındığından ona qarşı ittiham elan etmək mümkün olmamışdır və ona görə də 11 iyul 2019-cu il tarixdə onun barəsində axtarış elan edilmişdir. Odur ki, istintaq hərəkətlərini keçirmək mümkün olmadığından, cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehin ünvanına göndərilmiş və içərisində məhkəmə bildirişi olan zərf Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, xx.xx.2020-ci il tarixində, saat 23.00 radələrində Bakı şəhəri, Babək prospekti ərazisində Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X7 məxsus olan “Toyota Prius” minik markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Lexus LX 570 minik” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə və avtomobilin yanında dayanmış X1 zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində, “Lexus LX 570 minik” markalı, ** VE *** dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2500 manat, X1 dəymiş zərərlı bağlı 1500 manat məbləğdə sığorta ödənişi ödənilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh “Lexus LX 570 minik” markalı, ** VE *** dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2500 manat, X1 dəymiş zərərlı bağlı 1500 manat, cəmi 4000 manat məbləğdə sığorta ödənişi məbləği tutularaq, “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti”-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh “Lexus LX 570 minik” markalı, ** VE *** dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2500 manat, X1 dəymiş zərərlı bağlı 1500 manat, cəmi 4000 manat məbləğdə pul alınaraq “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti”-nə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat pul alınaraq “Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti”-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №e-2(032)-241/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-241/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver