Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-263/2024 02.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, STK002883 nömrəli Nisyə Alqı-Satqı müqaviləsindən görünür ki, "xxxx"MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh 211 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. xx.xx.2022-ci il tarixli, STK002883 nömrəli Nisyə Alqı-Satqı müqaviləsinə 1 nömrəli əlavə ilə müqavilənin ödəniş cədvəli müəyyən edilmiş, nisyə alqı-satqının ümumi məbləği 211 manat təşkil etməklə, müddəti 6 ay olmaqla, aylıq ödəniş 53 manat müəyyən edilir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh ehtiyyat hissələri təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, STK002883 nömrəli müqavilə üzrə 211 manat əsas borc, 31 manat 0.65 qəpik cərimə borcu, cəmi 242 manat 0.65 qəpik məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, iddiaçı cavabdehi mövcud borc barəsində, borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. xx.xx.2022-ci il tarixli, R-13xx/xx-0049 nömrəli Faktorinq müqaviləsindən görünür ki, Faktor (İddiaçı QSC), Borclu barəsində müştərinin ("xxxx"MMC) borcluya malların satılmasından irəli gələn tələbin hesabına müştəriyə pul vəsaiti verir (müştərini müəyyənləşdirir). Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. Məhkəmə hazırki iş ilə bağlı mövqeyi və əsaslandığı hallar: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, STK002883 nömrəli Nisyə Alqı- Satqı müqaviləsindən görünür ki, "xxxx"MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh 317 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə "xxxx"MMC arasında bağlanmış R-1312/2022 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli, R-13xx/xx-0049 nömrəli sazişdə göstərilmişdir ki, "xxxx"MMC-nin Cavabdeh 317 manat məbləğindəki tələb etmə hüququ İddiaçı QSC-yə keçmişdir. Lakin iddiaçı iddia ərizəsində yuxarıda göstərilən məlumatlatı təhrif etmiş, müqavilənin 211 manat dəyərində olmasını və güzəşt edilən məbləğin də bu miqdarda olmasını göstərmişdir. İddia ərizəsi ilə işə əlavə edilmiş rəsmi müqavilələr və digər sənədlər arasında yaranmış ziddiyyət işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsinə maneəçilik törətdiyindən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya isə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ödənilmiş 30 manat dövlət rüsumu (qəbz **********) İddiaçı QSC-nə qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-263/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-263/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver