Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-301/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, BY001301 saylı müqaviləyə əsasən 339 manat ödənilməmiş hissə, xx.xx.2022-ci il tarixli, BY001731 saylı müqaviləyə əsasən 659 manat ödənilməmiş hissə, ümumilikdə hər iki müqavilə üzrə 998 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2022-ci il tarixli, BY001301 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1599 manat olan “Dell İnspiron 15 3000 İNSP-15-3000/İ5/8GB/black” markalı məhsulun satılması, cavabdeh tərəfindən həmin məbləğin müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 20 avqust 2022-ci il tarixli, BY001301 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 ədəd “Dell İnspiron 15 3000 İNSP-15- 3000/İ5/8GB/black” markalımobil telefonu təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ilkin ödəniş də daxil olmaqla cəmi 1260 manat məbləğində ödəniş etmiş, 20 avqust 2022ci il tarixli, BY001301 nömrəlimüqavilə üzrə 21 dekabr 2023-cü il tarixinə 339 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli, BY001731 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1199 manat olan “Dell İnspiron 15 3593 DELL-İNSP-15-13/4GB/black” markalı məhsulun satılması, cavabdeh tərəfindən ilkin olaraq 120 manatın ödənilməsi, qalan 1079 manatın isə müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 18 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli, BY001731 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 ədəd “Dell İnspiron 15 3593 DELL-İNSP-15-13/4GB/black” markalı mobil telefonu təhviltəslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ilkin ödəniş də daxil olmaqla cəmi 540 manat məbləğində ödəniş etmiş, 03 noyabr 2022-ci il tarixli, BY001731 nömrəli müqavilə üzrə 21 dekabr 2023-cü il tarixinə 659 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20 avqust 2022-ci il tarixli, BY001301 nömrəli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1599 manat olan “Dell İnspiron 15 3000 İNSP-15-3000/İ5/8GB/black” markalı məhsulun satılması, cavabdeh tərəfindən həmin məbləğin müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 noyabr 2022-ci il tarixli, BY001731 nömrəli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1199 manat olan “Dell İnspiron 15 3593 DELL-İNSP-15-13/4GB/black” markalı məhsulun satılması, cavabdeh tərəfindən ilkin olaraq 120 manatın ödənilməsi, qalan 1079 manatın isə müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 18 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 339 manat ödənilməmiş, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 659 manat ödənilməmiş borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı MMC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 339 manat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 659 manat əsas borcun cavabdehdən tutulması tələbinə dair iddia təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BY001301 saylı müqaviləsinə əsasən 339 manat ödənilməmiş hissə, xx.xx.2022-ci il tarixli, BY001731 saylı müqaviləsinə əsasən 659 manat ödənilməmiş hissə, ümumilikdə hər iki müqavilə üzrə 998 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1028 (bir min iyirmi səkkiz) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-301/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-301/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver