Məhkəmə qərarları › İş №e-2(032)-302/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-302/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-302/2024 14.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, BY001755 nömrəli Nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, cavabdeh 1429 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. xx.xx.2022-ci il tarixli, BY001755 nömrəli müqaviləyə 1 nömrəli əlavə ilə müqavilənin ödəniş cədvəli müəyyən edilmiş, nisyə alqı-satqının ümumi məbləği 1429 manat təşkil etməklə, müddəti 18 ay olmaqla, aylıq ödəniş 80 manat müəyyən edilir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “Protherm LYNX 28 KW” markalı kombi təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, BY001755 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 709 manat məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, BY001812 nömrəli Nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, cavabdeh 380 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. xx.xx.2022-ci il tarixli, BY001812 nömrəli müqaviləyə 1 nömrəli əlavə ilə müqavilənin ödəniş cədvəli müəyyən edilmiş, nisyə alqı-satqının ümumi məbləği 380 manat təşkil etməklə, müddəti 12 ay olmaqla, aylıq ödəniş 34 manat müəyyən edilir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “Mirado H-**********0000” markalı kombi radiatorları təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, BY001812 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 34 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə hazırki iş ilə bağlı mövqeyi və əsaslandığı hallar: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BY001755 nömrəli Nisyə satış müqaviləsinə əlavədən görünür ki, cavabdehə “Protherm LYNX 28 KW” markalı kombi aparatı təhvil verilmişdir. Lakin iddia ərizəsində cavabdehə həmin tarixli müqaviləyə əlavədə mobil telefonun təslim verilməsi göstərilmişdir. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş rəsmi müqavilələr və digər sənədlər arasında yaranmış ziddiyyət işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsinə maneəçilik törətdiyindən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya isə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ödənilmiş 30 manat dövlət rüsumu (qəbz **********) İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar