Məhkəmə qərarları › İş №e-2(032)-308/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-308/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-308/2024 29.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, 09412498 nömrəli müqavilədən görünür ki, Cavabdeh 775,36 manat dəyərində “İNFİNİX NOTE 11” markalı telefon 12 ay müddətinə nisyə satılmışdır. xx.xx.2022-ci il tarixli, 09412498 nömrəli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay 64 manat 0.33 qəpik ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “İNFİNİX NOTE 11” markalı telefon qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 619,3 manat ödənilməmiş hissə, 61,7 manat cərimə, ümumilikdə 681 manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh 147 manat dəyərində “İRONMAXX PROTEİN 90 2350 G COKİES” 12 ay müddətinə nisyə satılmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay 12 manat 0.25 qəpik ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “İRONMAXX PROTEİN 90 2350 G COKİES” qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 139 manat ödənilməmiş hissə, 13 manat cərimə, ümumilikdə 152 manat borc yaranmışdır. Məhkəmə hazırki iş ilə bağlı mövqeyi və əsaslandığı hallar: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, cavabdeh 147 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “İRONMAXX PROTEİN 90 2350 G COKİES” qüsursuz halda təhvil verilmişdir. İddia ərizəsi ilə işə əlavə edilmiş rəsmi müqavilələr və digər sənədlər arasında yaranmış ziddiyyət işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsinə maneəçilik törətdiyindən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya isə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında digər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ödənilmiş 30 manat dövlət rüsumu (qəbz **********) iddiaçı "xxxx" MMC-nə qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar