Məhkəmə qərarları › İş №e-2(032)-321/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-321/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-321/2025 29.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 695.52 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulun X3 ilə müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 19014 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 998 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 998 ABŞ dolları) “Aplee i iphone 12 pro max 128 gb blue” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 19014 nisyə alğı-satqı müqaviləsinə zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 193 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cü il tarixdə 66.94 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 57.56 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 57.05 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödənməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alğı-satqı müqaviləsinə əsasən qalan 623.45 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 623.45 ABŞ dollar məbləğində borcu yaranmışdır. Cavabdehlər tərəfindən öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə İddiaçı MMC tərəfindən X1 borcun tutulması ilə Xətai rayon Məhkəməsinə müraciət edilmiş və iddia təmin edilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1229/2021 saylı qətnaməsi ilə X1 ümumilikdə 695.51 ABŞ dolları və ödənilmiş dövlət rüsumu 32 manat pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin İddiaçı MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iddia tələbini müdafiə etdikləri, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri, nümayəndənin iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilən: İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli VİP19014 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, satış qiyməti 998 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 998 ABŞ dolları) “Aplee i iphone 12 pro max 128 gb blue” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, VİP19014 nömrəli zaminlik müqaviləsində görünür ki, Cavabdeh İddiaçı MMC ilə X3 arasında bağlanmış olan nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı zamin olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh X2 qarşı nisyə alğı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbi təmin edilərək, İddiaçı MMC ilə X3 arasında bağlanmış nisyə alğı-satqı müqavilə üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar, cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı X1 alınaraq İddiaçı MMCyə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti müştərək qaydada X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-6670/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6670/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, 5603/2025-1-19-003 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə İddiaçı MMC ilə X3 arasında bağlanmış nisyə alğı-satqı müqavilə üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar, cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti müştərək qaydada X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X3 arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə sonuncuya mobil telefon satılmışdır. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əsas borclu X3 tərəfindən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəlik icra edilməməsi nəticəsi olaraq İddiaçı MMC iddia ərizəsilə məhkəmə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsilə iddia təmin edilərək, İddiaçı MMC ilə X3 arasında bağlanmış nisyə alğı-satqı müqavilə üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar, cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəta rayon İcra şöbəsinə göndərilmiş və sözügedən icra sənədi icraata qəbul edilmiş və hazırda icra mərhələsində olmaqla icra tədbirləri həyata keçrilməkdədir. Hazırda iddiaçı cavabdeh (zamin) Cavabdeh 695.52 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulun X3 ilə müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə xatırladır ki, işin faktiki hallarından göründüyü kimi hazırda iddia tələbi məhz zamindən pulun tutulmasından ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin olaraq zaminliyə və zaminliyin məsuliyyətinin yaranması anı ilə bağlı münasibətlərə hüquqi qiymət verilməlidir. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472). Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi zaminlik öhdəlik hüquq münasibətidir və bu münasibətlər müqavilə əsasında əmələ gəlir. Zaminlik hüquq münasibətlərində isə əsasən üç tərəf mövcud olur kreditor, borclu və zamin. Zaminin öhdəliyi isə borclu tərəfindən kreditor qarşısında əsas öhdəliyin icra edilməməsi zamanı yaranır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Hazırkı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, (cavabdeh) Cavabdeh ilə İddiaçı MMC-i arasında bağlanmış olan zaminlik müqaviləsi üzrə borclu ilə birgə (solidar) məsuliyyət daşıyır. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi Zaminin öhdəliyi, kreditorun zamindən tələb hüququnun yaranma əsası, borclu tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi ilə şərtləndirilmişdir. Borclu öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əsaslar yaranır. Hazırkı tələbə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli VİP19014 nömrəli nisyə alğı-satqı müqaviləsinin icra edilməməsinin nəticəsi olaraq kreditorun tələb hüququ yaranmış və tələb hüququndan istifadə etməklə əsas borclu olan Fuad Abdullayevə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd edir ki, zaminlik öhdəlik hüquq münasibətidir. Zaminlik müqaviləsi üzrə öhdəlik münasibətləri isə borclu tərəfindən kreditorla aralarında bağlanmış olan öhdəliklərin icra edilməməsi nəticəsində yaranır. Deməli burdan belə bir nəticəyə gəlmək olur ki, zaminə qarşı tələb hüququ və eyni zamanda zaminin öhdəlik hüququ əsas borclu tərəfindən kreditor qarşısında öhdləkilərin icra edilməməsi ilə başlanır. Bu halda məhz kreditorun əsas borcluya, zaminə və ya hər ikisini qarşı iddia irəli sürmək hüququ yaranır. Burdan belə bir nəticəyə gəlmək olur ki, kreditorun hüququ tələb etmə anı ilə məhdudlaşır. Yəni kreditor əsas borclu tərəfindən öhdəlik icra edilməməsi anında tələb etmə hüququ yaranır. Bu hüququn yarandığı anda məhz kreditorun həm borcluya, həm də zaminə qarşı tələb etmə anı başlayır. İşin faktiki hallarından görünüdüyü kimi hazırkı mülki iş üzrə iddiaçı məhz tələb etmə hüququndan istifadə etməklə borcluya qarşı iddia irəli sürmüş, işə mahiyyət üzrə baxılmış və iddia tələbi təmin olunmaqla icra edilməsi üçün aidiyyəti üzrə icraya yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli VİP19014 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə mövcud qətnamənin olması və icra yönəldilməsi hazırkı mülki iş üzrə iddiaçının zaminə qarşı iddia irəli sürmək hüququnu məhdudlaşdırır. Çünki artıq mövcud tələb üzrə icra mərhələsində olan qətnamə (Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) mövcuddur. Hazırkı iddia tələbi üzrə mülki işə mahiyyəti üzrə baxılmaqla iddianın təmin olunacağı təqdirdə qətnamənin icrası əsassız varlanmaya səbəb ola bilər, eyni zamanda belə bir qətnamə “duplicated claim” yəni bir tələb üzrə iki qətnamə qəbulu ilə nəticələnə bilərdi ki, bu isə yolverilməzdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 695.52 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulun X3 ilə müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 32 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar