Məhkəmə qərarları › İş №e-2(032)-322/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-322/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-322/2025 19.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Playstation 5 üçün 1035 manat 40 qəpik ödənilməmiş hissə, 310 manat 62 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Xiaomi Poco C65 markalı telefon üçün 303 manat 50 qəpik ödənilməmiş hissə, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 91 manat 05 qəpik cərimə olmaqla, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A05 markalı telefon üçün 255 manat 30 qəpik ödənilməmiş hissə, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 76 manat 59 qəpik cərimə olmaqla, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A24 markalı telefon üçün 163 manat 10 qəpik ödənilməmiş hissə, 48 manat 93 qəpik cərimə olmaqla, ümumilikdə hər 4 müqavilə üzrə 2331 manat 69 qəpik borc və 43 manat 32 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5, İmei kod **********52643 XİAOMİ POCO C65 markalı telefon , İmei kod **********81856 SAMSUNG GALAXY A05 markalı telefon, İmei kod **********16068 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 2331 manat 69 qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1539 manat 94 qəpik olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1346 manat 02 qəpik olmaqla ondan, 1035 manat 40 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 310 manat 62 qəpik cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 364 manat 14 qəpik olan İmei kod **********52643 XİAOMİ POCO C65 markalı telefon üçün ümumilikdə, 418 manat 15 qəpik olmaqla ondan 303 manat 50 qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, müştəriyə güzəşt olunaraq 91 manat 05 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 325 manat 04 qəpik olan İmei kod **********81856 SAMSUNG GALAXY A05 markalı telefon üçün ümumilikdə, 355 manat 49 qəpik olmaqla ondan, 255 manat 30 qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, müştəriyə güzəşt olunaraq 76 manat 59 qəpik cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 495 manat olan İmei kod **********16068 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 212 manat 03 qəpik olmaqla ondan, 163 manat10 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 manat 93 qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 462 manat28 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 495 manat təşkil edən Samsung Galaxy A24 markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən ********* nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A24 markalı telefon tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 1553 manat 964 qəpik təşkil edən Playstation 5-in alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən 03857435 nömrəli alqı-satqı müqaviləsi üzrə Playstation 5 tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 364 manat 10 qəpik təşkil edən Xiaomi Poco C65 markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən 03857435 nömrəli alqı-satqı müqaviləsi üzrə Xiaomi Poco C65 markalı telefon tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 325 manat 10 qəpik təşkil edən Samsung Galaxy A05 markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Təhvil-təslim aktına əsasən 04026365 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A05 markalı telefon tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC tərəfində göndərilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən cavabdeh X2, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, Xiaomi Poco C65 markalı və Samsung Galaxy A05 markalı mobil telefonların acılıb bağlanması xidmətinə görə, X1 hər bir telefon üçün 23 manat 60 qəpik, ümumilikdə 47 manat 20 qəpik pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1035 manat 40 qəpik əsas 310 manat 62 qəpik cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 303 manat 50 qəpik əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 91 manat 05 qəpik cərimə borcu; xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə ödənilməmiş 255 manat 30 qəpik əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 76 manat 59 qəpik cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 163 manat 10 qəpik əsas, 48 manat 93 qəpik cərimə borcu olmaqla ümumilikdə hər dörd müqavilə üzrə 2331 manat 69 qəpik borc təşkil edir. Ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43 manat 32 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən əşyaların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, cavabdehin tərəf olduğu müqavilələr üzrə ümumilikdə 2331 manat 69 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 310 manat 62 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 91 manat 05 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 76 manat 59 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 48 manat 93 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 43 (qırx üç) manat 32 (otuz iki) qəpik dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1035 (min otuz beş) manat 40 (qırx) qəpik əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 303 (üç yüz üç) manat 50 (əlli) qəpik əsas, 10 (on) manat cərimə, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X1 ödənilmiş rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 255 (iki yüz əlli beş) manat 30 (otuz) qəpik əsas, 10 (on) manat cərimə, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X1 ödənilmiş rüsum, xx.xx.2024 il tarixli müqavilə üzrə 163 (yüz altmış üç) manat 10 (on) qəpik əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1849 (min səkkiz yüz qırx doqquz) manat 50 (əlli) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat 32 (otuz iki) qəpik pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1035 (min otuz beş) manat 40 (qırx) qəpik əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 303 (üç yüz üç) manat 50 (əlli) qəpik əsas, 10 (on) manat cərimə, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X1 ödənilmiş rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 255 (iki yüz əlli beş) manat 30 (otuz) qəpik əsas, 10 (on) manat cərimə, 23 (iyirmi üç) manat 60 (altmış) qəpik X1 ödənilmiş rüsum, xx.xx.2024 il tarixli müqavilə üzrə 163 (yüz altmış üç) manat 10 (on) qəpik əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1849 (min səkkiz yüz qırx doqquz) manat 50 (əlli) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat 32 (otuz iki) qəpik pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar