Məhkəmə qərarları › İş №e-2(032)-373/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-373/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-373/2024 05.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ŞRK00853 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 530 manat məbləğində “Redmi Note 11” markalı, **********959666 və **********959674 İMEİ kodlu mobil telefon satmışdır. Müqavilənin şərtinə görə borclu ilkin olaraq 100 manat məbləğində ödəniş etməklə, ödəniş cədvəlinə uyğun olaraq 10 ay müddətində, 43 manatdan olmaqla, cəmi 530 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Borclu Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş və bununla bağlı onun özünə dəfələrlə şifahi və rəsmi olaraq pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclu Cavabdeh xx.xx.2023cü il tarixinə 172 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilsə də qeyd olunan ünvanda yaşamadığından geri qayıtmiş (xx.xx.2024-cü il) Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli ŞRK00853 nömrəli nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh 530 manat dəyərində “Redmi Note 11” markalı telefonu 10 ay müddətinə nisyə satılmışdır. xx.xx.2022-ci il tarixli ŞRK00853 nömrəli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay (10 ay) 43 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “Redmi Note 11” markalı telefon qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 172 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli pretenziyanın və göndərilməsini təsdiq edən xəbərnamələrin surətindən görünür ki, İddiaçı cavabdehi mövcud nisyə satış müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh nisyə satış müqaviləsi üzrə 172 manat borcu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının hüquqi yardımla əlaqədar vəkilə ödədiyi 120 manat pulun cavabdehdən tutulması hissəsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsini - yəni məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır- maddəsini rəhbər tutaraq, icraatın növünü, tələbin ümumi həcmini diqqətə alır və bu hissədə iddianın qismən - 50 manat pulun cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat 0.40 qəpik məbləğində pul və 2 manat 0.30 qəpik poçt xidmət haqqı ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284- 6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 172 (bir yüz yetmiş iki) manat borc, 50 (əlli) manat vəkil xidmət haqqı, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 0.40 (qırx) qəpik və 2 (iki) manat 0.30 (otuz) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar