Məhkəmə qərarları › İş №e-2(032)-374/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-374/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-374/2024 18.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Qala Sığorta” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21063” markalı, 50 Be 705 dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə dəymiş zərərə görə 1800 manat məbləğində sığorta ödənişi məbləğinin, ödənilmiş 38 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin verilməsi üçün 10 manat, ümumulikdə 1848 manat pulun Cavabdeh tutularaq iddiaçı «Qala Sığorta” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1800 (bir min səkkiz yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən,bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişiməbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə Sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cımaddəsində və bu Qanunun 25cimaddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasənSubroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0544/23 nömrəli məktubla Cavabdeh qarşı 1800 (bir min səkkiz yüz) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 19.30 radələrində dostu Rauf Sarıbalayevə məxsus “Hyundai Elantra” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobili o idarə etmişdir. Özünü narahat hiss edirmiş, o Rauf Sarıbalayevlə söhbət edərkən fikri yayınmış, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən yolun kənarında dayanmış “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr edərək arxa hissəsinə vurmuşdur. "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş məbləği necə və hara ödəyəciyini bilmədiyindən ödməmiş, məbləği hissə-hissə ödəyə bilər. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : «Qala Sığorta” ASC-nin CM2134/21 saylı xx.xx.2021-ci tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Hyundai Elantra ” minik markalı 99 Na 980 dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobilin “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat məbləğində zərər dəymişdir. Eyni zamanda sığorta aktına əsasən, “Hyundai Elantra ” minik markalı 99 Na 980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PQA********** saylı sığorta müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək «Qala Sığorta” ASC-də icbari qaydada sığortalı olması görünür. xx.xx.2021-ci il tarixli 2521/21 saylı qiymətləndirilmə aktının surətindən görünür ki, zədələnmiş “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1800 manat həcmində olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli PQA********** saylı İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X5 məxsus “Hyundai Elantra ” minik markalı 99 Na 980 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək «Qala Sığorta” ASC-də icbari qaydada sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində, Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində “Hyundai Elantra” minik markalı 99 Na 980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. X4 məxsus “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman X9 tərəfindən idarə olunduğu müəyyən olunmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəs ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə barəsində 100 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X7 Şirvan şəhər Polis Şöbəsində vermiş olduğu izahatından görünür ki, xx.xx.2021ci il tarixdə saat 19.30 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şirvan şəhər M.Ə.Rəsulzadə prospektində yolun kənarında saxlayıb aptekə getmiş, aptekdən çıxanda görmüşdür ki, “Hyundai Elantra” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobil onun avtomobilini arxa hissəsindən vurub , yaxınlaşan zaman sürücü ilə aralarında mübahisə olmuş, “Hyundai Elantra” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili sürüb hadisə yerindən getmişdir. Hadisə zamanı xəsarət alan olmamış, onun avtomobili dayanmış vəziyyətdə olmuşdur. “Hyundai Elantra” minik markalı 99 Na 980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Şirvan şəhər Polis Şöbəsində vermiş olduğu izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19.30 radələrində dostu Rauf Sarıbalayevə məxsus “Hyundai Elantra” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobili o idarə etmişdir. Özünü narahat hiss edirmiş,o Rauf Sarıbalayevlə söhbət edərkən fikri yayınmış, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən yolun kənarında dayanmış “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr edərək arxa hissəsinə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisədə günahkar olduğunu bilir, səxoş deyildi. Avtomobili vurduqdan sonra hadisə yerini tərk edib uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixli, 2126 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3 hesabına 1800 manat pul vəsati ödənilmişdir. «Qala Sığorta” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 0544/23 saylı pretenziya məktubundan görünür ki, ona, “Vaz 21063” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1800 manat sığorta ödənişi məbləğini 7 iş gün ərzində «Qala Sığorta” ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin (№**********) surətindən görünür ki, iddiaçı «Qala Sığorta” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38 manat məbləğində dövlət rüsumu və bank xidməti xərci olaraq 0,40 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin (№**********) surətindən görünür ki, iddiaçı «Qala Sığorta” ASC tərəfindən müvvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu və bank xidməti xərci olaraq 0,40 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1800 manat məbləğində sığorta ödənişinin əvəzi, 38 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməsin . Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 38 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar