Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-376/2024 13.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, ŞRK01006 nömrəli nisyə satış müqaviləsinə əsasən 645 (altı yüz qırx beş) manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli, Rm120-1114 nömrəli qəbzlə 120 (yüz iyirmi) manat məbləğində hüquqi xidmətə görə, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun və 3,80 (üç manat, səksən qəpik) poçt xidmət haqqı üçün, cəmi 799,20 (yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, ŞRK01006 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 920 manat məbləğində “Samsung A53/128GB” markalı, **********04831, **********04838 İMEİ kodlu mobil telefon satmışdır. Müqavilənin şərtinə görə borclu ilkin olaraq 100 (yüz) manat məbləğində ödəniş etməklə, ödəniş cədvəlinə uyğun olaraq 10 (on) ay müddətində, 82 (səksən iki) manat olmaqla, cəmi 820 (səkkiz yüz iyrmi) manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Borclu Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtıvaxtında yerinə yetirməmiş və bununla bağlı onun özünə dəfələrlə şifahi və rəsmi olaraq pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq o, müqavilədə irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyən borclu Cavabdeh xx.xx.2023-cü il tarixə tələbkar İddiaçı 645 (altı yüz qırx beş) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş cavabdeh “bu ünvanda yaşamır” qeydi ilə zərf geri qayıtmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, təqdim olunan sənədlər iş üzrə yekun qərarı çıxarılması üçün kifayət hesab edərək mülki işə baxılaraq həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ŞRK 01006 nömrəli nisyə satış müqaviləsindən görünür ki, satıcı tərəfindən alıcıya dəyəri 920 manat olan “Samsung A 53” markalı, **********04831, **********04838 İMEİ kodlu mobil telefonu ilkin olaraq 100 (yüz) manat ödəniş edərək, qalan dəyəri isə ay 10 ay müddətində aylıq olaraq 82 (səksən iki) manat olmaqla, cəmi 820 (səkkiz yüz iyrmi) manat ödəmək şərtilə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Samsung A 53” markalı 6/128 GB markalı telefon (satıcı) Cavabdeh tərəfindən (alıcı) İddiaçı təhvil verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən borclu Cavabdeh ünvanlanmış olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, xx.xx.2023-cü il tarixli, ŞRK 01006 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış olan borcun 10 gün müddətində 645 manat borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh “Samsung A 53” markalı, **********04831, **********04838 İMEİ kodlu mobil telefon üzrə 645 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Rm120-114 nömrəli ödənş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil Nümayəndə müqavilə üzrə 100 manat, marka pulu olaraq 20 manat olmaqla, ümumilkdə 120 manat pul ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu olaraq 30,40 manat və poçt xidmət haqqı olaraq 3,80 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə satış müqaviləsinə əsasən sonuncuya dəyəri 920 manat olan “Samsung A 53” markalı, **********04831, **********04838 İMEİ kodlu mobil telefon satılmışdır. Həmin müqavilə üzrə Cavabdeh ilkin olaraq 100 (yüz) manat ödəniş etmiş, qalan borcu isə 10 ay müddətində aylıq olaraq 82 (səksən iki) manat ödənilməsini öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət ərzində Cavabdeh tərəfindən üzərinə düşən öhdəlik icra edilməmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi icra etməmişdir və bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə 645 manat pul tutulmalıdır. Məhkəmə, iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 120 manat xərcin cavabdehdən tutulması hissəsini araşdıraraq, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Rm120-114 nömrəli ödənş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil Nümayəndə müqavilə üzrə 100 manat, marka pulu olaraq 20 manat olmaqla, ümumilkdə 120 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu, həmçinin iddia tələbinin sadələşdirilimiş icraat qaydasında aparıldığını nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 60 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ödənilmiş 30,40 manat dövlət rüsumunun və 3,80 manat poçt xidmət haqqının cavabdehədən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ŞRK01006 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 645 manat, hüquqi xidmətə görə 60 manat, poçt xidmət haqqı olaraq ödənilmiş 3,80 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat olmaqla, ümumilkdə 739,20 (yeddi yüz otuz doqquz manat 20 qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-376/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-376/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver