Məhkəmə qərarları › İş №e-2(032)-43/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-43/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-43/2025 14.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat (doqquz min yüz on iki manat 78 qəpik) borcun, 3407.00 manat (üç min dörd yüz yeddi manat) lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat (əlli manat) məbləğin, 4160 manat (dörd min yüz altmış manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat (yüz qırx manat 19 qəpik) məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli İF/06029 saylı 36 ay müddətli X7 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “KİA CERATO” minik markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdehə xəbərdarlıqlar edilsə də on bir aydan çoxdur ki, borc öhdəliklərini yerinə yetirmir. 21 dekabr 2022-ci il tarixindən başlayaraq 21 yanvar 2024-cü il tarixinə qədər hər ay 870.27 manat (səkkiz yüz yetmiş manat 27 qəpik) olmaqla 12183.78 manat (on iki min yüz səksən üç manat 78 qəpik) ödəniş etməli olduğu halda cəmi 3071.00 manat (üç min yetmiş bir manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 9112.78 manatdır (doqquz min yüz on iki manat 78 qəpik) (12183.78 manat-3071.00 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 3407.00 manat (üç min dörd yüz yeddi manat) təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat (əlli manat) təşkil edir. Avtomobil istifadədə olarkən 4160 manat (dörd min yüz altmış manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin 4160 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrə görə ödənilməli məbləğ hissəsində azaldaraq, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun, 3407.00 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat cəmi 12709.97 manatın iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirdilməsini və iddia tələbinin dəqiqləşdirmə barədə ərizə həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə vermiş olduğu izhatında bildirmişdir ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli, İF/06029 saylı 36 müddətli X7 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “KİA CERATO” minik markalı ** AG *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən müəyyən müddət ödənişlər etmişdir. Sonuncu ödəniş 2023-cü ilin avqust ayında edilmişdir. Avtomobillə bağlı Ağsu rayon Polis şöbəsindən məlumat daxil olmuş, həmin məlumatda avtomobildə narkotik vasitə aşkar olunduğundan cərimə meydançasına aparıldığı bildirilmişdir. Avtomobil cərimə meydançasından götürülərək müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərər hesablanmışdır. Lizinq obyekti olan avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən avtomobilin idarə edilməsi ilə bağlı X3 etibarnamə verilmişdir. Etibarnamə verərəkən lizinq alan hazırkı mülki iş üzrə Cavabdeh şifahi olaraq razılığı alınmışdır. Lakin yazılı surətdə hər hansı bir razılıq alınmamışdır. X3 lizinq obyekti olan avtomobillə bağlı etibarnamə 2022-ci ildə verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iş üzrə Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, avtomobili Cəlal adında qohumu onun adına həmin bankın vasitəsi ilə almış, kredit şöbəsində lizinq müqaviləsini imzalamışdır. 3 ay pul qohumu tərəfindən ödənilmişdir. Ona keçən il zəng edərək avtomobilin saxlanıldığını, içindən narkotik tapıldığını, polisin onu axtardığını bildirmişlər. Daha sonra oğlu ilə kredit təşkilatının nümayəndəsi İlqarın yanına getmiş, onun otağında İlqarın diqtəsilə imtina ərizəsi yazmış, ərizəni ona təqdim etmişdir. Həmçinin kredit təşkilatının müdirinin qəbulunda da olmuşdur. Eyni zamanda o, Əsgərov Fuad və Quliyev İbrahim adlı şəxsləri tanımır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06029 saylı X7i müqaviləsindən görünür ki, 24000 manat dəyərində 2013-cü il buraxılışlı “Kia Cerato” minik markalı ** AG *** dövlət nömrə nişanlı avtomobil sonuncuya lizinqə verilmişdir. İş materiallarında olan sifarişçi "xxxx" MMC-nin icraçı müstəqil sığorta eksperti X1 xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, “Kia Cerato” minik markalı ** AG *** dövlət nömrə nişanlı, ban KNAFX411BD5065785, 2013-cü il buraxılış, ağ mirvari rəngli avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri ümumilikdə 3407 manat təşkil edir. İş materiallarında olan müstəqil ekspert X1 xx.xx.2024-cü il tarixli, AKT-029/24 nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixli İF/06029 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə “Kia Cerato” minik markalı, ** AG *** dövlət nömrə nişanlı, ban KNAFX411BD5065785, 2013-ci il buraxılış, Ağ mirvari rəngdə) dövlət qeydiyyat nişanlı avtomobilə lizing təminatı verilmişdir. xx.xx.2024-cü il tarixdə göstərilən avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümümi məbləği 3407,00 (üç min dörd yüz yeddi) manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 18000,00 (on səkkiz min) manat məbləğində təşkil etmişdir. Tərəfindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 14593,00 (on dörd min beş yüz doxsan üç) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan lizinq verən satıcı X4, lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06029 saylı lizinq obyektinin alqısatqı müqaviləsinə əsasən 24000 manat dəyərində “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobili satıcı alıcı-lizinq verənə satmışdır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Lizinq alan bu müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndində Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektini satıcısı ilə lizinq verən arasında bağlanılan müqavilədən irəli gələn alıcı hüququna malikdir. Müqavilənin 1.3-cü bəndində tərəflər nəqliyyat vasitəsinin qiymətini 24000 manat məbləğində müəyyən etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq müqaviləsi üzrə lizinq alanın 36 ay müddətinə, aylıq 870.27 manat olmaqla, ümumilikdə 31329.80 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 12/52 nömrəli və xx.xx.2022-ci il tarixli 12/160 nömrəli etibarnamələrdən görünür ki X3 "xxxx" MMC-yə məxsus “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən etibarnamələr verilmişdir. İş materiallarında olan SMS Radar.az portalından çıxarışlardan görünür ki, “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 və X2 tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barələrində inzibati tənbeh tətbiq etmə haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iş üzrə cavabdehə xx.xx.2022-ci il tarixli İF/06029 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə yaranmış 22316.20 manat borcunun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə borcun alınması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-152828/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X11 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 36 ay müddətinə ödəmək şərti ilə xx.xx.2022-ci il tarixli İF/06029 saylı daxili lizinq müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq “KİA CERATO” minik markalı ** AG *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi sonuncunun istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X3 "xxxx" MMC-yə məxsus “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən etibarnamlər verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SMS Radar.az portalından çıxarışlar müəyyən edilmişdir ki, lizinq obyekti olan “Kia Cerato” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü oü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və X2 tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında protokollar tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə iclasında cavadeh tərəfin vermiş olduğu izahatında müəyyən edilmişdir ki, onunla "xxxx" MMC arasında daxili lizinq müqaviləsinin bağlanmışdır. Lakin həmin müqavilə üzrə nəqliyyat vasitəsinin onun istifadəsində olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vermiş olduğu izahatından lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən müddətdə ödənişlər edildiyi, sonuncu ödənişin 2023-cü ilin avqust ayında edildiyi, lizinq obyekti olan əmlakın lizinq alanın şifahi razılığı əsasında 2022-ci ildə etibarnamə ilə X3 verilmiş olduğu, lizinq alanın lizinq obyektini sonuncuya etibarnamə verilməsinə Cavabdeh yazılı razılığının alnmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarından və təqdim edilmiş olan sübutlardan belə bir nəticəyə gəlir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, lakin sonradan lizinq alanın şifahi razılığı (iddiaçı tərəfindən izahatına əsasən) əsasında lizinq müqaviləsi olan obyekt üçüncü şəxs (şəxslərə) verilmişdir. İş materiallarına əlavə edilmiş etibarnamələr və SMS Radar.az portalından çıxarışlardan isə görünən halı o olmuşdur ki, lizinq obyekti olan əmlak xx.xx.2022-ci il tarixdən etibarən lizinq alanın sahibliyində olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.” Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi mahiyyət etibarı ilə lizinq verən tərəfindən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verilməsi ilə nəticələnən hüquqi aktdır. Lizinq müqaviləsi mahiyyət etibarı ilə konsensual müqavilə hesab olunur. Belə ki, lizinq müqaviləsinin bağlanmış hesab edilməsi üçün onun iştirkaçıları arasında müqavilənin mühüm şərtləri barədə razılıq əldə edilməsi kifayyətdir. Lizinq müqaviləsi üzrə tərəflərin əsas öhdəliklərini təşkil edən lizinq obyektinin lizinq alanın istifadəsinə verilməsi (lizinq verənə münasibətdə) və lizinq ödənişlərinin vaxtında və tam şəkildə icra edilməsi (lizinq alana münasibətdə) həmin müqavilə üzrə öhdəliklərin icra edilməsi mərhələsini təşkil edir. Başqa ifadə ilə desək lizinq verənin əsas öhdəliyi əşyanın faktiki olaraq lizinq alanın sahibliyinə verilməsindən ibarətdir. Lakin işin faktiki hallarından görünən odur ki, həmin əmlak lizinq alanın sahibliyində olmamışdır. İddiaçı tərəf həmin lizinq müqaviləsinin obyekti olan əmlakın lizinq alanın razılığı ilə digər şəxsin sahibliyinə verilmiş olduğunu bildirsə də, bunla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə olaraq məhkəməyə təqdim edilmiş olan etibarnamələrdən lizinq obyekti olan əmlakın üçüncü şəxslərin sahibliyində olmuş olması aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi lizinq müqaviləsi üzrə lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir və lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin predmeti olan əmlakın fakitiki olaraq lizinq verən tərəfindən üçüncü şəxsin istifadəsinə verilməsi təsdiq olunduğundan iddiaçının lizinq verən olaraq lizinq ödənişlərinin cavabdehdən tələb etmək hüququ yaranmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun tələb edilməsi barədə iddiası təmin edilə bilməz. İddia tələbinin 3407 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat məbləğin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin tələb edilməsi ilkin tələbdən, yəni lizinq müqaviləsindən doğan tələbdir. Lizinq obyekti olan əmlakın isitismarı ilə bağlı (ehtiyyat hissələri və təmir xərcləri) xərclərin tələb edilməsi üçün ilkin olaraq lizinq müqaviləsinin obyekti olan əmlakın lizinq alanın hazırkı müqavilə üzrə cavabdehin sahibliyində olması hazırkı mülki iş üzrə cavabdehin və ya onun səlahiyyət verdiyi şəxsin istifadəsi nəticəsində vurulumuş olması sübuta yetirilmiş olmalı idi. Lakin məhkəmənin yuxarıda qeyd etdiyi mövqeydən göründüyü kimi lizinq obyekti olan əmlakın lizinq alanın istifadəsində olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bununla yanaşı tərəflər arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli İF/06029 saylı saylı X7 müqaviləsinin 13.6-cı bəndinə əsasən qaytarılmış lizinq obyektinin vəziyyətinin uyğunluğunun qiymətləndirilməsi məqsədilə Tərəflərin mülahizəsi, razılığı və iştirakı ilə lizinq obyektinin bazar qiymətini müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunur. Lizinq obyektinin bazar qiyməti qiymətləndirici tərəfindən tətbiq etdiyi hesablama üsulu ilə müəyyən edilir. Lakin işin faktiki hallarından Lizinq obyekti olan əmlakın bazar qiymətini müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunması ilə bağlı hazırkı mülki iş üzrə cavabdehin razılığı, iştirakı və mülahizəsinin alınmış olması aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi 3407.00 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləğin tutulması hissəsinə münasibətdə də təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06029 saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun, 3407 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat, cəmi 12709.97 manat məbləğin tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06029 saylı X7 müqaviləsi üzrə 9112.78 manat borcun, 3407 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 140.19 manat, cəmi 12709.97 manat məbləğin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar