Məhkəmə qərarları › İş №e-2(032)-528/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-528/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-528/2025 04.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1150 manat məbləğində pul vəsaitinin və 32 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 09:25 radələrində Şirvan şəhəri, 1 May küçəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 208” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Şirvan şəhər Məhkəməsinin İş № 3(032)-1265/2022 saylı qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində(Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “VAZ 21074” markalı, **-RX-***dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1150,00(bir min bir yüzəlli) manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA121881/22 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 1150 (bir min bir yüzəlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, 1 May küçəsində “Mersedes Benz 208DK” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Vaz 2107” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 məxsus “Mersedes Benz 208DK” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh1 tərəfindən idarə olunmuş, lakin idarə etmə zamanı sürücünün sürücülük hüququ olmamışdır. xx.xx.2022-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin 3(032)-1265/2024 saylı qərarının surətinə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir edilmişdir. PXA121881 saylı sığorta aktına əsasən “Vaz 2107” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 1150 manat sığorta ödənişi məbləğini X1 ödənilmişdir. “AutoBox” avtomobil servis xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən “Vaz2107” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1150 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 “Vaz 2107” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1150 manat sığorta ödənişi məbləğini 7 iş gün ərzində "xxxx" ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mədaxil qəbzinin (№**********) surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36 manat 60 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin 3(032)- 1265/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Beləliklə işin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, "xxxx" ASC-i tərəfindən xx.xx.2021-ci il tarixində sığortalanmış "Mercedes Benz 208" markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə edərək yol hərəkəti qaydalarını pozması nəticəsində sığorta hadisəsi baş vermiş və "Vaz 2107" markalı, **-RX-*** qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh1 əməli törətməkdə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur. Hadisə zamanı "Vaz 2107" markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan sığortaçı "xxxx" ASC tərəfindən hesablanmış və 1150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran Cavabdeh1 qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-yə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh1 törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-yə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 1150 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh1dur. Buna baxmayaraq iddiaçı "xxxx" ASC iddia tələbini həmçinin digər Cavabdeh2 qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər Cavabdeh2 Cavabdeh1 ilə nə birgə (solidar), nə də ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh1 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər Cavabdeh2 qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 “Vaz 2107” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1150 (min yüz əlli) manat məbləğində sığorta ödənişinin və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödəniləlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1150 (min yüz əlli) manat məbləğində pul vəsaiti və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh2 qarşı olan iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar