Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-687/2024 04.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 Q, 8 saylı (yeni qaydalarla: Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4,2 saylı) mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi verərək, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 Q, 8 saylı mənzilindən hər birinin istifadə hüququna 2500 manat ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 5zili anası X3 məxsus olmuş, Turə Hüseynova 2015-ci il tarixdə vəfat etmiş və mərhumə vəfat edən gündən bu günədək həmin mənzildə o, həyat yoldaşı X23 və iki övladları X11 və X12 yaşayırlar. Həmin vaxtdan mənzilin kommunal xərcləri də tərəfindən ödənilir. Bu günədək mənzilin kommunal borcu yoxdur. X17 digər övladları olan X14 həmin ünvanda qeydiyyatdadır. Lakin, uzun illərdir Hacıqabul rayonu Muğan kəndində yaşayır, X26 həmin ünvanda qeydiyyatda olmamaqla ailəsi ilə birlikdə uzun illərdir ki, Sabirabad rayonu Dadaşbəyli kəndində yaşayır, Cavabdeh1 ailə qurub, həmin ünvanda qeydiyyatda olmamaqla uzun illərdir ki, ünvan 3 kənd evləri yaşayış massivində yaşayır və Əfkari (Orucova) Gülnar Yusif qızı ailə qurub, həmin ünvanda qeydiyyatda olmamaqla uzun illərdir ünvan 4 ünvanında yaşayır. Cavabdehlər ünvan 5zildə Turə Hüseynova vəfat edəndən bu günədək həmin mənzildə yaşamamışlar. X10 ilə anası Hüseynova (Orucova) Turə Əhmədağa qızı ilə ailə həyatı qurmuş, nigahlarını rəsmi olaraq xx.xx.1977-ci il tarixdə qeydiyyata aldırmışlar. Anası nikahdan sonra Orucova soyadını götürmüşdür. Onların birgə nikahlarından 5 uşaqları dünyaya gəlmişdir: 1) 1976-cı il təvəllüdlü İddiaçı oglu 2) 1977-ci il təvəllüdlü Cavabdeh1 3) 1978-ci il təvəllüdlü X31 oglu 4) 1982-ci il təvəllüdlü X40 oglu və 5) 1986-cı il təvəllüdlü Orucova (Əfkari) Gülnar Yusif qızı. Valideynləri xx.xx.1993-cü il tarixdə məhkəmə vasitəsilə rəsmi qaydada boşanmışlar. Anası nikah pozulandan sonra qızlıq soyadı olan Hüseynova soyadına qayıtmışdır. Onların Şirvan şəhərində müxtəlif ünvanlarda evləri olmuş, həmin ünvanlarda yaşamış və sonuncu olaraq anasına məxsus Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 Q, mənzil 08 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Həmin ünvana həm özü, həm həyat yoldaşı X23 həm də, iki övladları X11 və X12 pasport qeydiyyatına düşmüşlər. X1 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və ondan ünvan 7 ünvanda yerləşən 03 otaqlı, ümumi sahəsi 66.8 kv.m olan mənzil miras qalmışdır. Anası vəfat etməmişdən qabaq və vəfat edəndən sonra və hal-hazırkı günə qədər həmin mənzildə yaşamış, miras əmlakı taktiki olaraq qəbul etmiş, həmin evin aylıq kommunal xərclərini və əvvəldən yığılıb qalmış mənzilin kommunal borclarını ödəmiş, mənzili əsaslı təmir etdirmiş və 22000 manatdan çox mənzildə əsaslı təmir işləri gördürmüşdür. Bu faktı həmin binada yaşayan qonşular 1) X32 oglu (ünvanı: Şirvan şəhəri T.İsmayılov küçəsi bina 27 Q, mənzil 10), 2) X29 oglu (ünvanı: Şirvan şəhəri T.İsmayılov küçəsi bina 27 Q, mənzil 04), 3) X18 (ünvanı: Şirvan şəhəri T.İsmayılov küçəsi bina 27 Q, mənzil 09) və 4) X4 (ünvanı: ünvan 11an bacıları anasının sağlığında belə miras əmlak olan ünvan 12 ünvanda yaşamamışlar. Hamısı ailə qurub ayrı ünvanlarda yaşamış və yaşadıqları ünvana pasport qeydiyyatına düşmüşlər. Qardaşları və bacıları miras qalmış mənzilə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Daha sonra iddiaçılar X14, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiaları üzrə Şirvan Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(032)-432/2022 saylı qətnaməsi ilə iddiaçılar X14, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27Q mənzil 8, yeni qaydalarla Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4, 2 saylı mənzilə köçürülməsi barədə iddia ərizəsi təmin edilmiş, X14, Cavabdeh1 və Əfkari X21 şəhəri T.İsmayılov küçəsi ev 27Q mənzil 8, yeni qaydalarla Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4, 2 saylı mənzilə köçürülmələri qət edilmişdir. Cavabdeh İddiaçılar X6, X19, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şirvan şəhər 1 saylı Notariat ofisinə qarşı miras qalmış Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27Q, 08 saylı mənzil üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlak üzrə edilən yaxşılaşdırma işlərinə görə vərəsəlik payının artırılması və ya çəkilmiş 22000 manat məbləğində xərcin iddiaçılar tərəfindən paylarına uyğun şəkildə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Cavabdehlərin ünvan 13 ünvanda yerləşən 03 otaqlı ümumi sahəsi 66.8 kv.m olan mənzildə yaşamaları qeyri-mümkün oldduğundan Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına kompensasiya ödəmək şərti ilə xitam verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə elektron ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 14 ünvanından 8000 manat ödənilməklə xitam verilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, onların ünvan 15 ünvanından başqa yaşayış yerləri yoxdur. Lakin iddiaçı onların həmin evdə yaşamalarına mane olur və onları evə buraxmır. İddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə razı deyil. Belə ki, həmin evin qiyməti 65000 manatdır, iddiaçı təklif edilən kompensasiya məbləği çox aşağıdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə razı deyil . Belə ki, həmin evin qiyməti 65000 manatdır, iddiaçı təklif edilən kompensasiya məbləği çox aşağıdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan : Şirvan Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(032)-432/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X15, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı ünvan 14, yeni qaydalarla Şirvan şəhəri T.İsmayılov küçəsi 273, M4, 2 saylı mənzilə köçürülməsi barədə iddia ərizəsi təmin edilməsin, X15, Cavabdeh1 və Əfkari X21 şəhəri T.İsmayılov küçəsi ev 27 Q, mənzil 8 , yeni qaydalarla Şirvan şəhəri T.İsmayılov küçəsi 273, M4,2 saylı mənzilə köçürülməsi, cavabdeh İddiaçılar X7 , Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı miras qalmış ünvan 15 üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, vərəsəlik qaydalarının müəyyən edilməsi , miras əmlak üzrə edilən yaxşılaşdırma işlərinə görə vərəsəlik payının artırılması və ya çəkilmiş 22000 manat məbləğində xərcin iddiaçılar tərəfindən qaydaların uyğun şəkildə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən görünür ki, ünvan 14 X2 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-İ 719401 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il qan dövranı çatmamazlığı səbəbindən Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin yanvar ayının 12 günündə 14 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən görünür ki, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 Q, 8 saylı (yeni qaydalarla: Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4,2 saylı) mənzilin 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1 və “3/5 hissəsi isə İddiaçı paylı mülkiyyətlərindədir. Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8 saylı MİS-nin rəisi X9, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 mənzil 10-da yaşayan X20, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 mənzil 4-də yaşayan X16, 8 saylı MİS-in keçmiş sahə rəisi Lətifova -İnci Xudakərim qızı təsdiq edirmişlər ki, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 mənzil 8-də yaşayan X13 bacısı Cavabdeh2 icraçıların iştirakı ilə 05 sentyabr 2023-cü il tarixində yuxarıda qeyd olunan ünvana gəlib otaqların birini boşaltdırıb açarla bağlayıb getmişdir. Yazılan aktlarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə gəlməmişlər. Akt iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarından aşkar görünür ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, qeyd edilməlidir ki, mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsi də vacibdir. Belə ki, mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları müxtəlif hüquqi qüvvəli qanunvericilik aktlarında təsbit edilmişdir. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. İş materiallarından göründüyü kimi ünvan 15, (yeni qaydalarla: Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4,2 saylı) mənzilin 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1 və “3/5 hissəsi isə İddiaçı paylı mülkiyyətlərindədir. Yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da İddiaçı ilə eyni qaydada əmlakın mülkiyyətçiləridir. Bu səbəbdən, iddiaçının hər hansı məbləğ qarşılığında cavabdehləri mülkiyyətindən məhrum etməsi mümkün deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarına əsasən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 Q, 8 saylı (yeni qaydalarla: Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4,2 saylı) mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şirvan şəhəri T.İsmayılov küçəsi ev 27 Q, 8 saylı (yeni qaydalarla: Şirvan şəhəri T.İsmayılov küçəsi 273 M4,2 saylı) mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-687/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-687/2024
04.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver