Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-699/2025 03.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, KİESLECT CALLİNG WATCH qol satı üçün, 277.5 (iki yüz yetmiş yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 138.75 (yüz otuz səkkiz manat, 75 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QAZ KALONKASİ HOFFMAN üçün 362.6 (üç yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 181.30 (yüz səksən bir manat, 30 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********80880 İPHONE 15 PRO MAX markalı telefon üçün 3594 (üç min beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, 1797.00 (min yeddi yüz doxsan yeddi) manat dəbbə, ümumilikdə 6351.15 manat borc, 83.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, KİESLECT CALLİNG WATCH qol saatı, QAZ KALONKASİ HOFFMANN, İmei kod **********80880 İPHONE 15 PRO MAX markalı telefon almış və nəticədə 6351.15 (altı min üç yüz əlli bir manat, 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 312.66 (üç yüz on iki manat, 66 qəpik) manat (18 ay x 17.37 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT CALLİNG WATCH qol saatı üçün ümumilikdə 416.25 (dörd yüz on altı manat, 25 qəpik) manat olmaqla ondan 277.5 (iki yüz yetmiş yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.75 (yüz otuz səkkiz manat, 75 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 397.2 (üç yüz doxsan yeddi manat, 20 qəpik) manat (24 ay x 16.55 manat + 0 manat ilkin ödəniş) olan QAZ KALONKASİ HOFFMANN üçün ümumilikdə, 543.90 ( beş yüz qırx üç manat, 90 qəpik) olmaqla ondan 362.6 (üç yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 181.30 (yüz səksən bir manat, 30 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4184 (dörd min yüz səksən dörd) manat (18 ay x 218 manat + 260 manat ilkin ödəniş) olan İmei kod **********80880 İPHONE 15 PRO MAX markalı telefon üçün ümumilikdə 5391.00 (beş min üç yüz doxsan bir) manat olmaqla ondan, 3594 (üç min beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1797 (min yeddi yüz doxsan yeddi) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 659.76 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 09483594 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 312.66 manat olan KİESLECT CALLİNG WATCH qol saatı Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 17.37 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 04254059 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 397.2 manat olan QAZ KALONKASİ HOFFMANN Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 16.55 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 10717741 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 4184 manat olan İMEİ kodu **********80880 olan İPHONE 15 PRO MAX markalı telefon, APPLE Adapter Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 218 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 09483594 saylı müqavilə üzrə 277.5 manat ödənilməmiş hissə və 138.75 manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli, 04254059 saylı müqavilə üzrə 362.6 manat ödənilməmiş hissə, 181.30 manat dəbbə borcu və xx.xx.2024-cü il tarixli, 04254059 saylı müqavilə üzrə 3594 manat ödənilməmiş hissə, 1797 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdehə əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 09483594 saylı müqaviləsinə əsasən 277.5 manat, xx.xx.2024-cü il tarixli, 04254059 saylı müqaviləsinə 362.6 manat əsas borcun və xx.xx.2024-cü tarixli, 10717741 saylı müqaviləsinə 3594 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli, 09483594 saylı müqaviləyə əsasən 277.5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 138.75 manat dəbbə (cərimə) pulunun, xx.xx.2024-cü il tarixli, 04254059 saylı müqaviləyə əsasən 362.6 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 181.30 manat dəbbə (cərimə) pulunun, xx.xx.2024-cü il tarixli, 10717741 saylı müqaviləyə əsasən 3594 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1797 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, 04254059 saylı müqaviləyə əsasən 6 manat dəbbə (cərimə) pulu, xx.xx.2024-cü il tarixli, 09483594 saylı müqaviləyə əsasən 8 manat dəbbə (cərimə) pulu və xx.xx.2024-cü il tarixli, 10717741 saylı müqaviləyə əsasən 40 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 83.52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 83.53 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 04254059 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 277.5 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli, 09483594 saylı alğı-satqı müqaviləsinə əsasən 362.6 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 10717741 saylı alğı-satqı müqaviləsinə əsasən 3594 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu cəmi 4288.1 manat və ödənilmiş dövlət rüsumuna görə 83.52 manat olmaqla, ümumilikdə 4371.62 (dörd min üç yüz yetmiş bir manat altmış iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-699/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-699/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver