Məhkəmə qərarları › İş №e-2(032)-79/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-79/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-79/2025 17.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 400 (dörd yüz) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Onunla Cavabdeh arasında Şirvan şəhər 1 saylı notariat ofisində bağlanmış 11 mart 2024-cü il tarixli, 3M-257 reyestr nömrəli müqaviləyə əsasən mən mülkiyyətimdə olan həmin mənzili Cavabdeh xx.xx.2027-ci il tarixinədək aylıq 200 (iki yüz) manata kirayəyə vermişdir. Cavabdeh həmin mənzildə xx.xx.2024-cü il tarixdən kirayədə qalmağa başlayıb və cəmi 2 (iki) ay, həmin ilin aprel və may ayları üçün kirayə haqqını verib. Sonradan isə həmin ilin iyun ayı üçün kirayə haqqını verməyib, iyul ayında isə kirayə verdiyi həmin mənzili tərk edib. Cavabdeh 2024-cü il iyun ayı üçün kirayə haqqını verməməklə bərabər, həmin mənzili 2024-cü ilin iyul ayında tərk etdiyi üçün həmin mənzil həmin ay üçün sərbəst, boş qalmadığından o iyul ayı üçün də həmin mənzildən kirayə haqqı almaqdan məhrum olmuşdur. Hazırda qeyd edilən müqaviləyə və yuxarıda qeyd etdiklərimə əsasən cavabdeh ona 2 (iki) aylıq kirayə haqqını, yəni cəmi 400 (dörd) yüz manat ödəməlidir. O, dəfələrlə cavabdehdən həmin kirayə haqqını tələb etsə də, o müxtəlif bəhanələr gətirərək kirayə haqqını ödəməkdən yayınır. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizə verərək Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən və cavabdehin işə mahiyyəti üzrə baxılmasına dair vəsatəti daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın . İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar